image-qanunla-reklam
image-1746634700455750122_1200x630

Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək

image-lady-day-az

Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.

Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci il 7 may tarixində Azərbaycana ilk dövlət səfəri ilə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət səfəri çərçivəsində dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu səfəri tarixi hadisə kimi qiymətləndirərək, onun nəticələrinin uzunmüddətli əməkdaşlıq üçün ciddi zəmin yaradacağına inamını ifadə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması isə bu münasibətlərin gələcək inkişafına dair mühüm siyasi iradənin göstəricisi, bu yolda atılan əhəmiyyətli addım  oldu. Prezident cənab İlham Əliyevin bəyanatında ön plana çıxan əsas məqam Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərdir. Bu sənəd yalnız iki dövlət arasında diplomatik münasibətlərin yeni formatını müəyyən etməklə kifayətlənmir, eyni zamanda, gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə konkret layihələrin həyata keçirilməsinə əsas yaradır. Dövlət başçısının İlham Əliyevin sözləri ilə desək, imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat ikitərəfli əlaqələrin inkişafında “yeni mərhələnin başlanğıcı”dır. Səfər çərçivəsində müzakirə olunan məsələlər geniş spektri əhatə edərək, ticarət, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və nəqliyyat kimi mühüm sahələrdə əməkdaşlıq imkanlarını nəzərdə tutur. Ən önəmli məqamlardan biri kimi isə neft və enerji sektorundakı əməkdaşlıq imkanlarına diqqət yetirildi. İlham Əliyev Azərbaycanın bu sahədə təkcə ixracatçı deyil, həm də investor rolunu oynamağa hazır olduğunu vurğuladı. Vyetnam şirkətlərinin Azərbaycana sərmayə qoyuluşuna dəvət olunması və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Vyetnam bazarına çıxış imkanlarının dəyərləndirilməsi gələcək əməkdaşlığın praktiki istiqamətlərini müəyyən edəcəkdir. Prezident cənab İlham Əliyev qeyd etdi ki, ölkəmiz 6500 meqavat gücündə yaşıl enerji layihələrinin reallaşdırılmasını planlaşdırır və bu sahədə Vyetnam şirkətlərini investisiya qoymağa dəvət edir. Cənab Prezident  öz növbəsində  Azərbaycanın da Vyetnamda yaşıl enerji layihələrinə sərmayə qoymağa hazır olduğunu bildirdi. Bu isə ölkələrimiz arasında qarşılıqlı maraqların təkcə karbohidrogen sektorunda deyil, həm də ekoloji dayanıqlılıq aspektində inkişaf etdirilə biləcəyini göstərir. Prezident cənab İlham Əliyev  müdafiə sənayesi sahəsində əməkdaşlığın da gündəmdə olduğunu bildirdi. Hər iki ölkənin bu sahədə müəyyən təcrübəyə malik olması və birgə müəssisələrin yaradılması imkanları gələcəkdə hərbi-texniki əməkdaşlığın inkişafına zəmin yaradır. İki ölkə arasındakı əməkdaşlıq təkcə ikitərəfli səviyyədə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir. Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyini dəstəkləməsi və ölkələrimizin Qoşulmama Hərəkatındakı birgə fəaliyyəti bu həmrəyliyin təzahürüdür. İlham Əliyev dövlətimiz üçün beynəlxalq hüququn aliliyi və ölkələrin suverenliyinin qorunması prinsipinin  əsas olduğunu bildirərək, mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğuladı. Prezident cənab İlham Əliyevin çıxışında vurğuladığı digər mühüm məsələ nəqliyyat dəhlizlərinin yaratdığı imkanlarla bağlıdır. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə Azərbaycan və Vyetnam arasında coğrafi məsafələrin iqtisadi əməkdaşlıqla kompensasiya edilə biləcəyi düşüncəsi ortaya qoyuldu.

Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki