image-qanunla-reklam
image-174669723617466289571710125960_1200x630

Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək

image-lady-day-az

Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdiyi gündən etibarən beynəlxalq əlaqələr sistemində müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməyə xüsusi önəm vermişdir. Bu siyasətin əsas hədəflərindən biri də müxtəlif regionların, xüsusilə Asiya və Sakit okean hövzəsi ölkələrinin mühüm strateji aktorları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Məhz bu kontekstdə 7 may 2025-ci il tarixində baş tutan mühüm diplomatik hadisə — Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana rəsmi səfəri — Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Prezident İlham Əliyev və Baş katib To Lam arasında keçirilmiş görüşlər zamanı aparılan müzakirələr, imzalanan sənədlər və verilən birgə bəyanatlar hər iki dövlətin siyasi iradəsini, qarşılıqlı hörmət və əməkdaşlıq ruhunu nümayiş etdirmişdir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də qlobal miqyasda geosiyasi və iqtisadi dinamikanın fonunda Azərbaycan və Vyetnamın strateji baxışlarını nümayiş etdirməsi ilə diqqət çəkmişdir.

Səfər çərçivəsində mətbuata verdiyi bəyanatla Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici siyasət prinsiplərini bir daha ortaya qoymaqla yanaşı, Vyetnam ilə münasibətlərin inkişafında mühüm prioritetlərin altını çizmişdir. Bəyanat regional sabitlik, iqtisadi əməkdaşlıq, enerji və nəqliyyat sahələrində potensial tərəfdaşlığın gücləndirilməsi, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin artırılması kimi məqamları əhatə etmişdir.

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, təkcə protokol xarakteri daşıyan bir sənəd deyil, həm də iki ölkə arasında etimada, bərabərhüquqluluğa və uzunmüddətli əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq niyyətinin rəsmi təcəssümüdür. Bu sənəd həm siyasi baxımdan, həm də gələcək iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafı baxımından yeni mərhələnin əsasını qoyur.

Vyetnam Kommunist Partiyasının Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Çünki yüksək səviyyəli səfərlər təkcə diplomatik jest deyil, həm də strateji iradənin göstəricisi kimi qəbul olunur. Bu səfər çərçivəsində qəbul olunan qərarlar, imzalanan sənədlər və qarşılıqlı anlaşma memorandumu Azərbaycan-Vyetnam münasibətlərində yeni bir dövrün başlanğıcını şərtləndirir – dostluqdan tərəfdaşlığa, tərəfdaşlıqdan isə strateji müttəfiqliyə doğru ardıcıl və məqsədyönlü bir yoldur.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki