image-qanunla-reklam
image-377695701_866433671503079_5159810829778038333_n

Əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir

image-lady-day-az

Əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir.

Prezident cənab İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Tacikistana səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etməsi bu əlaqələrin inkişafına yeni bir təkan verəcək.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dərin tarixi əlaqələr mövcuddur. Xalqlarımızın ortaq mədəni kökləri, çoxəsrlik qardaşlıq münasibətləri bugünkü dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son 30 ildə Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə əməkdaşlıq edir, münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra regionda yeni reallıq yaranıb:

Yeni reallıqda Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı üçün yeni imkanlar yaranıb. Belə ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm energetika, sənaye-metallurgiya, nəqliyyat-logistika və digər sahələrdə sıx əməkdaşlıq edir və iri layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərin qeyd olunan sahələrdə böyük potensial var ki, bu da Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında yeni layihələrin reallaşmasına zəmin yaradır.

Prezident cənab İlham Əliyevin son illər ərzində Mərkəzi Asiya, o cümlədən, regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Bu xüsusda Prezident cənab İlham Əliyev Tacikistana səfəri zamanı bir çox mühüm görüşlər keçirdi. Bu səfəri Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafında yeni bir mərhələ adlandırmaq olaq. Əminliklə qeyd edə bilərik ki, Mərkəzi Asiya ölkələri ilə möhkəm və uzunmüddətli əməkdaşlığın qurulması və bugünədək yüksələn xətt üzrə inkişaf etdirilməsi Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin əməyinin nəticəsidir.

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı  Leyla Əliyeva

 

 

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir.

Prezident cənab İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.

Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə odur ki, bu dəhliz coğrafi baxımdan bütün Türk dünyasını birləşdirəcək. Bu dəhlizin açılması ilə vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək” sözləri də həyatda öz əksini tapacaq.

Heç şübhəsiz, bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

Tarixi əlaqələr

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak edib. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini, o cümlədən Tacikistanı xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklərə malik olmaları dövlətlərarası əlaqələrin də möhkəmlənməsinə səbəb olmuşdur. Müstəqil dövlətlər kimi qarşılıqlı iqtisadi və siyasi əlaqələri fəal şəkildə inkişaf etdirir, bir birlərinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyirlər. Ölkələrimiz arasında ticarətin və sərmayələrin artımı, sənaye əməkdaşlığı, maşınqayırma, kənd təsərrüfatı sahələrində çoxsaylı layihələr həyata keçirilir. Bu gün türk xalqları arasında mənəvi birlik məsələsi yönündə aparılan siyasi iş öz əhəmiyyətini göstərməkdədir.

Mərkəzi Asiyanın dost ölkələrindən olan Azərbaycanla Tacikistan arasında münasibətlərin tarixi uzaq əsrlərə təsadüf edir. Keçmiş ittifaq dövründə iki respublika arasında yaxşı münasibətlər qurulub. Tacikistanda təxminən 4 min nəfərə yaxın Azərbaycan diasporu fəaliyyət göstərir. Tərəflər arasında ikitərəfli siyasi münasibətlər müstəqillikdən sonra daha sıx və intensiv xarakter alıb. 2007-ci ilin avqust ayında Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb.

Prezident cənab İlham Əliyevin Tacikistanla münasibətlərə xüsusi önəm verməsi də əlaqələrin yüksələn xətt üzrə inkişafını təmin edib.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Orta Dəhlizin artan əhəmiyyəti.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Hələ keçmiş SSRİ-nin tərkibində olan zaman bu ölkələr müttəfiq respublika olmuşlar. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya Respublikaları arasındakı mövcud əlaqələrin tarixi qədimdir. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Xüsusilə qeyd etməliyik ki, bu ölkələr arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı 1990-cı illərdəki fəaliyyətin nəticəsində əldə olunmuşdur.

Cənab Prezident Məşvərət Şurasının işində ilk dəfə idi ki, iştirak edirdi. Şübhəsiz ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına böyük töhfə verəcəkdir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi-siyasi münasibətlərin bugünkü geopolitik durumda əhəmiyyətini artıran məqam nəqliyyat və logistika sahəsidir. Azərbaycanın tranzit ölkə statusu günü-gündən daha da böyük əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Artıq hər kəs qəbul edir ki, tarixi İpək Yolu olaraq Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkədir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişafı baxımından mühüm layihələrindən biridir. Fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal iş aparılan bu layihə ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsidir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki