image-qanunla-reklam
image-370515105_855749089238204_903353122592798687_n

Əməkdaşlığın qlobal əhəmiyyəti

image-lady-day-az

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.

Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər.

Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərinin məhz Azərbaycana etməsi əlamətdar haldır. Sözügedən fakt bizim qardaşlığımızın və dostluğumuzun göstəricisidir.

Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Çoxəsrlik tarixə malik xalqlarımız arasında qardaşlıq münasibətləri  dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.

Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi Özbəkistandan gəldi. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan tam azad olunmuş Füzulidə məktəb inşa olunub. Bu amil qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Özbəkistan Prezidentinin səfəri iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək

Prezident İlham Əliyevin Özbəkistana, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə müntəzəm xarakter alan qarşılıqlı səfərləri əməkdaşlıq imkanlarının daha da güclənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olur.

Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstək verir.

Ölkələr arasında iqtisadi potensial da böyükdür. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 500 milyon dollara yaxın olub, tərəflər bu rəqəmi 2 dəfə artırmağı nəzərdə tutur. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon dollar dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Vətən müharibəsi nəticəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqdadır, xüsusilə də Mərkəzi Asiya ölkələrinin də təmsil olunduğu Türk Dövlətləri Təşkilatının bu bölgəyə inteqrasiyası güclənməkdədir. Özbəkistanın azad edilmiş Füzuli şəhərində məktəb inşa etməsi, aparılan quruculuq layihələrində təmsil olunması əsl qardaşlıq və strateji dostluq nümunəsi hesab edilə bilər.

Bu görüş iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirəcək. Səfər çərçivəsində imzalanmış 20 sənəd, o cümlədən dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” münasibətlərin inkişafında yeni səhifə açacaq. Həmin sənədlər iqtisadiyyat, sənaye, ticarət, rəqəmsal inkişaf və nəqliyyat, energetika, media və digər sahələrdə çoxtərəfli əməkdaşlıq üçün möhkəm bünövrə sayıla bilər.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdədir. Özbəkistan lideri Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi təsadüf deyil. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, bizim qardaşlığımızın, dostluğumuzun və Azərbaycana, xalqımıza yüksək səviyyəli münasibətin göstəricisidir.

İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Görünən budur ki, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlıq müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir.

Bakıda üç saatdan çox davam edən müzakirələrdə münasibətlərimizin inkişafının gələcəyi müəyyən edildi. Ali Dövlətlərarası Şuranın yaradılmasına dair qərar isə Bakı ilə Daşkənd arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Tərəflər arasında imzalanan 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondunun büdcəsinin artırılması əsas hədəflərdən biridir. Bakıda dövlət başçılarının verdiyi mesajlardan aydın oldu ki, Daşkənd Bakını münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın tərəfdaş hesab edir.

İstiqaməti ən yaxın ölkə olan Azərbaycanla müəyyən edən Daşkənd bunu yeganə düzgün qərar hesab edir. Özbəkistanla nəqliyyat-logistika sahəsində əməkdaşlıq da Azərbaycanın hazırda iştirak etdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinə əlavə imkanlar yaratmaqla yanaşı, tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər həm də investisiyaların təşviqi ilə bağlı səmərəli addımlar atmaqda maraqlıdır. Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”in əsas xarakterini təşkil edir.

Məlumdur ki, ötən il Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə də razılıq əldə olunub ki, bu da Azərbaycanın hərbi sahədə əlaqələrinin daha da güclənməsi deməkdir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hərbi potensialını daha da gücləndirir və yeni nəsil müharibənin qalibi kimi bu sahədə ölkəmizlə əməkdaşlığa maraq artmaqdadır.

K.Nurullayeva vurğulayıb ki, Özbəkistan həm də ərazi bütövlüyü məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və sırf işğal siyasətinə görə Ermənistanla diplomatik münasibət qurmayan üç ölkədən biridir.

Azad olunmuş ərazilərin bərpasında Azərbaycanın yanında olan dost ölkə Füzulidə öz büdcəsi hesabına böyük məktəb inşa edib. Bu, bir neçə gün əvvəl öz dədə-baba yurduna qayıdan soydaşlarımıza- Füzuli şəhərinin ilk sakinlərinə dəstəkdir. Belə ki, builki tədris ilində Füzuli sakinləri Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun rəmzidir.

Dövlət başçılarının qarşılıqlı dövlət səfərləri bir daha nəzərdə tutulan və aparılan çoxsaylı, ardıcıl dialoqun davam etdiyini təsdiqləyir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

 

Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir

Ölkə başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Özbəkistan əməkdaşlığında həm ikitərəfli, həm də regional proseslərdə böyük töhfə verə bilər. Münasibətlərin inkişafı üçün hər iki ölkə lideri hazırda yüksək səviyyədə işlər icra edirlər.

Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir. Azərbaycan da öz növbəsində Mərkəzi Asiya ölkələri ilə intensiv dialoq aparır. Vətən müharibəsindən sonra bu, keyfiyyətcə yeni mərhələyə çıxıb. Burada türkdilli dövlətlər amilini da nəzərə almaq lazımdır.

Səfər çərçivəsində müxtəlif sahələr üzrə imzalanan sənədlər əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək lazımdır. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

Prezident İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki