image-qanunla-reklam
image-559415056_1360465302099911_1429341141865746237_n

Əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir

image-lady-day-az

Əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir

Prezident cənab İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Laçın şəhərinin bu il Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarına təşəkkürünü bildirdi. Bu ilin iyununda Laçında “Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi keçirildi: “Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib. Bu gün digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonu da quruculuq dövrünü yaşayır. Laçın şəhəri artıq sakinlərinə qovuşub, yeni həyat başlayıb. Bu il Laçın şəhərinin həyatında əlamətdar günlərlə yadda qalacaq. 28 May-Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildi. Həmçinin bu tarixdə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Zirvə görüşü keçirildi. Müstəqil Dövlətlər Birliyinin Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr  2024-cü il tarixli qərarı ilə Laçın şəhərinin 2025-ci ildə “Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” elan olunması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni və iqtisadi dirçəliş prosesinə beynəlxalq ictimaiyyətin dəstəyinin,  həmrəyliyinin göstərici kimi qiymətləndirildi.

Prezident cənab İlham Əliyevin sözügedən çıxışında diqqət göstərdiyi məsələlərdən biri olan III Müstəqil Dövlətlər Birliyinin Oyunlarından bəhs edib: “Bu, Müstəqil Dövlətlər Birliyinin həyatında daha bir mühüm hadisə oldu. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III Müstəqil Dövlətlər Birliyinin Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və  Şəkidə 13 ölkədən  1600-dən çox idmançı qəbul edildi. Bu idmançılar həm Müstəqil Dövlətlər Birliyinin üzvləri olan, həm də qonaq ölkələri təmsil edirdi. Dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu qəbildən tədbirlər Müstəqil Dövlətlər Birliyinin məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Famil Abbasov – Vətən müharibəsi iştirakçısı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki