image-qanunla-reklam
image-ilham-agdam-cixis1

Əliyev: Müharibənin son gününə kimi Türkiyə…

image-lady-day-az

Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi.

Qanunla.Az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

“Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətinə irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü və noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi, Azərbaycan bayrağı qaldırıldı və bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ müharibəsinin ilk saatlarından əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə edərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi. Bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Bir daha Türkiyə-Azərbaycan birliyi zəfər çalıdı və bu gün biz bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə Azərbaycan birliyini görürük. Genişmiqyaslı təmir-bərpa işləri aparılır, əziz qardaşımla bərabər həm dəmir yolunun inşası ilə tanış olduq, “Dost aqropark”ın açılışını birlikdə qeyd etdik. Bu da bu bölgəyə birinci özəl sərmayədir. Bu aqroparkın adı da “Dost aqropark” özlüyündə hər şeyi deyir”, – dövlət başçısı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki