image-qanunla-reklam
image-1641544177-1619709642-426130393

Əlillik təyinatı aparılan qazilərin sayı AÇIQLANDI

image-lady-day-az

Əlillik təyinatı aparılan Vətən müharibəsi qazilərinin sayı məlum olub.

Qanunla.Az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov məlumat verib.

Onun sözlərinə görə, Vətən müharibəsində iştirak edərək yaralanan və ilkin olaraq ağır hal kimi müəyyənləşdirilən 3 805 qazinin qiymətləndirilməsini aparılıb: “Onlardan 3 729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Ötən il Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki