image-qanunla-reklam
image-img_20211127_152936

Əli Əliyev xüsusi karantin qaydalarını pozaraq polis tərəfindən cərimələnib toydan çıxarıldı

image-lady-day-az

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu üçün polis tərəfindən cərimələnib. 

Əli Əliyev vaksini olmadan noyabrın 25-də saat 20:00 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsi 7 ünvanında yerləşən “Cıdır” restoranında toy mərasiminə qatılıb. Sözügedən restoranda polis tərəfindən aparılan yoxlama zamanı Əli Əliyevin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozması faktı aşkarlanıb.

Nəticədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Əli Əliyev qanunun tələblərinə uyğun olaraq, 200 AZN cərimə olunaraq, restorandan uzaqlaşdırılıb.

Qeyd edək ki, Əli Əliyev ixtisasca həkimdir. Koronavirusdan qorunmada hər kəsdən əvvəl o insanlara nümunəvi davranış nümayiş etdirməlidir. Təəssüf ki, radikal müxalifətin digər nümayəndələri kimi, Əli Əliyevin də əməli ilə sözləri ziddiyət təşkil edir. (Demokrat.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki