image-qanunla-reklam
image-media-suveren3-1b3y0nrvsohqg6c8jm9t

Əlaqələrin inkişafına, yeni əməkdaşlıqlara yol açan platforma

image-lady-day-az

Əlaqələrin inkişafına, yeni əməkdaşlıqlara yol açan  platforma

Mötəbər beynəlxalq təşkilatların tədbirləri qlobal, dünyada maraq kəsb edən məsələlərin müzakirəsi ilə yanaşı, dövlətlər arasındakı əlaqələrin müzakirəsi baxımından da mühüm platforma hesab edilir. İkitərəfli münasibətlərin inkişafına xidmət edən razılaşmalar həm də belə tədbirlər çərçivəsində əldə olunur. Yeni əməkdaşlıq əlaqələrinin təməli məhz belə platformalarda qoyulur. Bu baxımdan BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə işgüzar səfər edən Prezident İlham Əliyevin Nyu Yorkda keçirdiyi görüşlər Azərbaycanın siyasi-iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə iştirakı hər zaman böyük maraqla izlənilir. Bunun səbəbləri Prezident İlham Əliyevin özünün yüksək şəxsi keyfiyyətləri, dövlət başçısı kimi həyata keçirdiyi siyasətin məzmunu, qlobal gündəlikdəki məsələlərlə bağlı baxışları, Azərbaycanın dünyanı düşündürən problemlərin həllinə verdiyi töhfələrdir. Tarixinin ən qüdrətli mərhələsini yaşayan, regionda və dünyada söz sahibi olan dövlət kimi tanınan Azərbaycan beynəlxalq səviyyədə aktuallıq kəsb edən  məsələlərin müzakirəsində yaxından iştirak edir. Respublikamızın enerji siyasəti qlobal enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Azərbaycan hər zaman əməkdaşlığa sadiq olub, çətin vəziyyətə düşən tərəfdaşlarına dayaq durub. Elə buna görə də Prezident İlham Əliyev sayılıb-seçilən, ehtiram və etimad göstərilən siyasi liderlər sırasında yer alır.

Prezident İlham Əliyevin ABŞ-də keçirdiyi görüşləri siyasi və iqtisadi əməkdaşlıqlar baxımından iki qrupa ayırmaq olar. Öncə ondan başlayaq ki, Azərbaycan hər zaman xarici biznes dairələrinə açıq olub. Respublikamızda əlverişli biznes mühiti bərqərar edilib və təsadüfi deyil ki, yatırılan sərmayələrin bir hissəsi məhz xarici şirkətlərin payına düşür. Azərbaycan iqtisadiyyatının bütün sferalarında xarici sərmayəyə rast gəlmək mümkündür.

Bu baxımdan Azərbaycan Prezidentinin ABŞ səfərinin bir daha təsdiq etdiyi həqiqətlərdən biri bundan ibarətdir ki, bu ölkənin biznes dairələri Azərbaycanda fəaliyyət göstərməkdə və ya ölkəmizdəki işlərini daha da genişləndirməkdə maraqlıdırlar. ABŞ-də olduğu müddətdə dövlətimizin başçısı dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin,  beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edən “Neuberger Berman” şirkətinin, alternativ investisiyaları idarə edən “Blackstone” şirkətinin, kredit, daşınmaz əmlak, özəl səhm və infrastruktur sahələrində fəaliyyət göstərən “Ares Management” şirkətinin, 170-dən çox ölkədə 1000-dən artıq müştərək fond və genişçeşidli investisiya məhsullarını idarə edən “Franklin Templeton” şirkətinin,  qlobal infra-struktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners”in rəhbərləri ilə görüşüb. Xüsusilə qeyd edilməlidir ki, bu görüşlər qarşı tərəflərin müraciəti əsasında baş tutub və bu da onların Azərbaycanla əməkdaşlığa olan maraqlarından irəli gəlir.

Azərbaycandakı sabitlik, şəffaf və əlverişli biznes mühiti xarici şirkətləri ölkəmizlə yeni tərəfdaşlıq əlaqələrinə sövq edir. Onların rəhbərlərinin müraciət edərək ABŞ-də Prezident İlham Əliyevlə görüşmələri Azərbaycanın enerji və investisiya potensialına olan marağın göstəricisidir.

 

 

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki