image-qanunla-reklam
image-kurdemir-yol

Ekskavator sürücüsü 4500 abonenti qazsız qoydu

image-lady-day-az

Fevralın 23-də saat 10:30 radələrində Kürdəmir rayonu Muğanlı kəndi ərazisində ekskavator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 millimetr olan yeraltı polietilen qaz xəttini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyindən Qanunla.az-a bildirilib ki, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt bir saatdan artıq müddətdə təzyiq altında qalıb. Xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektinin qaz təchizatı kəsilib. Hazırda birlik əməkdaşları təmir-bərpa işlərini həyata keçirir.

Qeyd edək ki, uzunluğu 26 kilometr olan Sığırlı-Çöhranlı xətti ümumilikdə 15 kənd üzrə 4500 əhali abonenti və 3 sənaye obyektini qazla təmin edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki