image-qanunla-reklam
image-photo_5938

“Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz

image-lady-day-az

“Əkinçi” qəzeti ilə başlanan milli mətbuat tariximiz

XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabinin təşkilatçılığı ilə “Əkinçi” qəzeti nəşrə başladı. Vətənpərvər ziyalı 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. “Əkinçi” qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Qeyd edək ki, dövrün problemlərinin işıqlandırılmasında “Əkinçi”də tətbiq edilən bəzi metodlar sonrakı mətbuat orqanlarımız tərəfindən davam və inkişaf etdirildi. “Əkinçi”dən əsasını qoyuduğu mətbuatımızın sonrakı illərdə davamı olaraq “Kəşkül” “Ziya”, “Ziyayi-Qafqaziyyə” kimi anadilli nəşrlər fəaliyyətə başladı. Artıq XIX əsrin sonu XX əsrin əvələrində xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərdan bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabinin müavin olduğu “Kaspi” qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi. Beləliklə “Əkinçi” ilə başlayan milli mətbuatımız
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə başlayan “Azərbaycan” qəzeti milli demokratik jurnalistikamızın zirvəsini təşkil etdi.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal

 

Ənənələri qoruyan Azərbaycan mətbuatı

Jurnalistikamızın məktəbi hesab edilən “Əkinçi” qəzeti öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi, ideya-mənəvi proseslərdən hali etməyə, bununla onları səfərbər olmağa çalışırdı. Ümumiyyətlə, “Əkinçi” jurnalistika məktəbi olaraq yarandığı tarixdən – XIX əsrin ortalarından formalaşaraq böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi.
1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə “partiya-sovet mətbuatı” adı ilə tarixə düşən 70 illik kommunist jurnalistikası dövrü gəldi. Bu mərhələdə mətbuatımız həyata ideoloji nəzərlərlə baxmağa məcbur edilsə də, qəzet-jurnalların sayı və tirajı artdı, jurnalistika təhsili təşkil olundu, mətbuat tariximiz öyrənildi, cəmiyyətin həyatında mətbuatın rolu genişləndi.
Nəhayət, milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistika vətəndaşlıq hüququ qazandı, lakin suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi, yaşadığı çətinlik və faciələr mətbuatımızdan da yan keçmədi.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı. Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü. 1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir. Azərbaycan mətbuatının özülü  142 il əvvəl sağlam əsaslarla – xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

Ölkəmizdə mətbuatın davamlı inkişafı təmin olunur

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Ölkəmizdə “Kütləvi informasiya vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun da məhz ulu öndərin rəhbərliyi dövründə -1999- cu ildə qəbul edilmişdir. Milli mətbuatımızda bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezidentimiz cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Bundan başqa, milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.

Abuzər Xəlilov-Şəftəhal kənd sakini, ağsaqqal

 

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir.

Azərbaycan dövlətinin milli mətbuatımızın inkişafına göstərdiyi qayğı və diqqətin başqa bir təzahürü isə dünyanın heç bir ölkəsində analoqu olmayan “Jurnalistlər şəhərciyi”nin yaradılmasıdır. Belə ki, Prezidentimiz cənab İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna vəsait ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. 2013-cü il iyulun 22-də cənab Prezidentimiz jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasiminə qatılmış və oradaca jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak etmişdi. Daha sonra 2017-ci il iyulun 20-də isə Prezidentimiz cənab İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmiş, həmçinin üçüncü binanın təməlini qoymuşdur.
Yuxarıda sadaladığımız faktlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir.

Ələkbər Kərimov-fəal gənc

 

Milli Azərbaycan mətbuatının yaranması və inkişafı

Böyük maarifçi demokrat, təbiətşünas alim, ictimai xadim H.B.Zərdabi özünün çox sahəli fəaliyyəti ilə xalqının işıqlı sabahı, gələcəyi uğrunda apardığı mübarizələri ilə tarixin yaddaşına əbədi olaraq həkk olunmuşdur. Xalqımızın mədəni inkişafında bir çox yeniliklər H.B.Zərdabinin adı ilə bağlıdır: ilk Azərbaycan tamaşası, ilk xeyriyyə cəmiyyəti, qadın təhsili, xalq mahnılarının ilk nəşri, xalq atalar sözü və məsələlər toplusu, ən nəhayət ilk qəzet və s Bəli , XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdi. Həsən bəy Zərdabinin yaratdığı ilk milli qəzetimiz “Əkinçi” Azərbaycan fikir tarixində mühüm yer tutur. Xalqımızın mədəniyyət tarixində əlamətdar hadisə olan “Əkinçi”nin nəşrə başlaması ilə dövri mətbuatımızın əsası qoyuldu. “Əkinçi”qəzeti maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi.
“Əkinçi” cəmi 27 ay, yəni 2 il 3 ay yaşadı. Bu müddətdə Zərdabi gələcək mətbuatımızın sarsılmaz bünövrə daşlarını qoydu. Cəmi 56 nömrə ilə milli jurnalistikamızın həmişəyaşar tarixini yazan Zərdabi bütün həyatını təqiblərdən, nadanlardan, açıq və gizli hədələrdən, hökumətin, çinovniklərdən və yerli satqınların qorxutmalarından çəkinmədən xalq, millət, maarif işığında əritdi. “Əkinçi” az yaşadı, ancaq şərəfli ömür sürdü, lakin onun səpdiyi toxum çox səmərəli oldu. Bu ömür H.Zərdabidən başlayaraq bu günümüzə qədər, bu günümüzdən gələcək nəsillərə qədər bizi müşayiət edən qürur mənbəyimizdir. Əgər Zərdabidən sonra yetişən bütün mütərəqqi ziyalılar onu özlərinə mənəvi ata saymışlarsa, “Əkinçi” də sonradan meydana çıxan milli mətbuatımız üçün də ölməz, əbədi ənənələr yaratmışdır . Onun yandırdığı qeyrət məşəlini cahillər, zalımlar əbədi söndürməyə çalışdı. Lakin bu məşəl elə mərd, qeyrətli, hünərli bir vətəndaşın zəkası ilə yandırılmışdı ki, heç bir tufan, külək, qasırğa və kabus onu qaralda bilmədi. Bizim mətbuat dilimiz-üslubumuz “ Əkinçi “ ilə yaranmışdır. Indi həmin qəzetin nömrələrini oxuyarkən H.B.Zərdabinin və onun məsləkdaşlarının dilinə heyran olmaya bilmirsən. Çünki onlar xalqın geniş təbəqələrinin başa düşə bildiyi sadə, aydın, təmiz ana dilində yazıb yaradırdılar. Maarifə, elmə böyük qiymət verən dövrünün görkəmli ziyalıları Nəcəf bəy Vəzirov , Seyid Əzim Şirvani, Əsgər ağa Gorani, Mirzə Həsən Əlqədari, Məmmədtağı Əlizadə, Ələkbər Heydəri, Əhsənül-Qəvaid təxəllüsü ilə yazan Gəncəli Hacı Məhəmməd Sadıq, Məhbus Dərbəndi, Zaqafqaziya Şeyxülislamı Axund Əhməd Hüseynzadə və başqaları qəzetlə əməkdaşlıq edir, “Əkinçi” üçün əllərindən gələni əsirgəmirdilər. Bir daha qeyd etmək lazımdır ki, “ Əkinçi “ qəzetinin ənənələrini təkcə qələm ustaları deyil, hər kəs dərindən öyrənməlidir. O, əsl xalq demokratik mətbuatının nümunəsi kimi bu gün də, heç şübhəsiz, sabah da yeni biliklər və təcrübə mənbəyi olaraq qalacaqdır Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaratmış, ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazasının yaradılmasında çox mühüm işlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir və azad, demokratik mətbuatın inkişafına hər zaman öz tövhəsini verir. Azərbaycan mətbuatının özülü  146 il əvvəl sağlam əsaslarla – xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub və hər zaman da belə olacaqdır.

Vəfa Bayramova-Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Mili Mətbuatın inkişafına töhfə vermiş qəzetlər

“Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı.“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat edib və iki il sonra fəaliyyəti dayandırılıb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb və “Əkinçi”nin nəşri bütün Qafqazda əks-səda doğurub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxıb. “Kaspi”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “Füyüzat”, “Təzə həyat”, “Açıq söz”, “Dirilik” qəzetləri, habelə “Molla Nəsrəddin” kimi qəzet və jurnallar Azərbaycanda azad sözün, mətbuat ənənələrinin formalaşmasına, azadlıq, müstəqillik ideyalarının ictimai şüurda möhkəmlənməsinə sanballı töhfələr veriblər. Görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.Bu illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. 1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir. Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azad mətbuatın inkişafına xidmət edən önəmli addım

1991-ci il SSRİ-nin dağılması isə Azərbaycan öz çətin dövrünü sürsə də, 1993-cü il xalqın çağırışlarına müsbət cavab verərək Azərbaycana qayıdan Ümummilli Lider Heydər Əliyev gəlişi ilə ölkədə hər bir şeyi inkişafa aparmışdır. O, xalqın işığı, ölkənin hərtərəfli inkişafı yolunda çırağı olmuşdur. İllərin təcrübəsi və uzaqgörənliyi ilə bizi uçurumdan alıb, ta göylərə qaldırmışdır. Digər dövlətlər arasında, siyasətdə, dünyada və mediada xalqımızı, ölkəmizi və bizi sayılıb seçilənlərdən etmişdir. Ölkənin inkişafında medianın rolunun böyük olduğunu bilən Heydər Əliyev ta o vaxtlarda, internetin və sosial şəbəkələrin olmadığı dövrlərdə ölkəmizi tanıtmış və dünya bizi azad, suveren bir dövlət kimi tanıtmışdır. Xalqa belə azadlığın nə olduğunu yaşadan Heydər Əliyevin oğlu İlham Əliyevin əsl liderliyi sayəsində bu azadlıq davam edir.
Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirib. Bu funksiyanı yerinə yetirməkdə Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilmişdi. Və bu qərardan sonra onlar rahatlıqla və azad şəkildə öz fəaliyyətlərinə davam ediblər. Verilən bu azadlıq sayəsində ölkədə kütləvi informasiya vasitələri sürətli şəkildə inkişaf etmişdir.
Onun yolunu davam etdirən İlham Əliyevin də medianın inkişafına böyük önəm verdiyi göz qabağındadır. Elə müharibə dövründə istər ölkədə, istərsə də ölkə xaricində mətbuatın suallarına açıq şəkildə cavab verən İlham Əliyev eyni zamanda 4 saatdan çox davam edən, bütün dünyadan iştirak edən jurnalistlərlə olan görüşü ilə dünyaya səs salmış və rekord qırmışdır.

Vəfa Xəlilli-Gəncliyə dəstək ictimai birliyin sədri

 

Azad mətbuatın inkişafına xidmət edən önəmli addım

XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabinin təşkilatçılığı ilə “Əkinçi” qəzeti nəşrə başladı. Vətənpərvər ziyalı 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: “Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər.” Jurnalistika məktəbi hesab edilən “Əkinçi” öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi, ideya-mənəvi proseslərdən hali etməyə, bununla onları səfərbər olmağa çalışırdı. “Əkinçi” qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Ümumiyyətlə, “Əkinçi” jurnalistika məktəbi olaraq yarandığı tarixdən – XIX əsrin ortalarından formalaşaraq böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi. “Əkinçi”dən sonrakı illərdə “Kəşkül” “Ziya”, “Ziyayi-Qafqaziyyə” kimi anadilli nəşrlər fəaliyyətə başladı.

Ləman Səfərəliyeva – Fəal gənc

 

Azərbaycan mətbuatı  tarixi boyu  daim mütərəqqi ictimai idealların carçısı  kimi çıxış etmişdir

Azərbaycan xalqının çoxəsrlik inkişafına zənginlik qatan, ona yeni istiqamət verən, demokratik fikir, milli məfkurə və istiqlaliyyət düşüncəsi bəxş edən məhz 145 illik mövcudiyyəti olan milli mətbuatımızdır. Milli kimliyimizi bizə başa salan, milli oyanış və inkişafımıza səbəbkar olan maarif və mətbuat yolunda böyük mücadilə açan milli ziyalılarımız misilsiz və əvəzolunmaz xidmətlər göstəriblər. “Əkinçi” ətrafında xidmət göstərən ziyalı babalarımızın zəhmət və sevgilə əkdikləri demokratik fikir, milli inkişaf və oyanış düşüncəsi sonrakı nəsillərin – “Şərqi-rus”, “Kaspi”, “Füyuzat”, “Molla Nəsrəddin” və b. mətbuat orqanlarının yaranması ilə daha da böyük inkişaf yolu keçdi və ilk rəsmi dövlət qəzeti olan “Azərbaycan”la nəticələndi. Söz azadlığı demokratik inkişaf və ümumi ictimai tərəqqi deməkdir. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycan mətbuatı  tarixi boyu  daim mütərəqqi  ictimai idealların carçısı  kimi çıxış etmiş,  xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”. Doğrudan da, Azərbaycanın maarifpərvər ziyalısı  Həsən bəy Zərdabinin  təşəbbüsü ilə nəşr olunan ilk  azərbaycandilli  mətbuat orqanı “Əkinçi”nin  işıq üzü görməsi  milli  Azərbaycan mətbuatının  doğuluşu idi.

Rəşid Şərifov –Rayon Ağsaqqallar şurasının üzvü

 

Medianın inkişafında keyfiyyət etibarilə yeni mərhələ

Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. Artıq 30 ilə yaxın davam edən, hücum diplomatiyasının gücləndirilməsini daim aktuallaşdıran Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə ölkəmizin həyatında yeni dövr başlayıb. Yeni dövrün diktə etdiyi yeni reallıqlara uyğun addımların atılması kompleks tədbirləri zərurətə çevirir. Hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində yeniləşmə, təkmilləşmə, yeni texnologiyaların sürətli inkişafı, səmərəliliyin, şəffaflığın təmin edilməsində mühüm amilə çevrilməsi təbii ki, öz növbəsində reallıqlarımızın təbliğatçısı, cəmiyyətin güzgüsü, dördüncü hakimiyyət kimi dəyərləndirilən mətbuatımızın da təkmilləşməsinə çağırışlar etdi. Bir daha bu reallıq özünü təsdiqləyir ki, qərəzsizlik, tərəfsizlik, obyektivlik, milli şüur, vətənpərvərlik mətbuatın əsas prinsipləri olaraq bütün dövrlər üçün öz aktuallığını qorumalıdır.
Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə bütün hədəfləri və onlara çatmaq yollarını ehtiva edir. Nəzərə alsaq ki, imzalanan Fərman və sərəncamlar bu və ya digər sahələrin inkişafı üçün yol xəritəsidir, o zaman əsas olan bu xəritənin düzgün öyrənilməsi və düzgün dəyərləndirilməsi, vəzifələrə uyğun olaraq fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirilməsidir. Cənab İlham Əliyevin məlum Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması media səhəsinə yeni bir ab-hava gətirdi. Medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə belə bir sənədin imzalanması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı, yeni gözləntilərə yol açdı.  KİV sahəsində şəffaflığın təmin edilməsi, ən əsası jurnalistikanın, media mühitinin sağlamlaşdırılması, “reket jurnalistika”ya qarşı mübarizə tədbirlərinin gələcəkdə hansı nəticələrə yol açacağı kimi sual doğuran məqamlara işıq salır.

Aqil Məmmədov Təhsil şöbəsinin aparıcı məsləhətçisi

 

Milli mətbuatın inkişafına töhfə vermiş qəzetlər

Hələ 21-ci əsrin birinci yarısında Azərbaycanda milli və ümumbəşəri idealların məfkurəçiləri və təbliğatçıları olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xadimlər tərəqqinin başlıca yolunu, milli istiqlalın təntənəsini dövri mətbuat nəşr etməkdə, mənəvi və əxlaqi qurumları inkişaf etdirməkdə görürdülər. Bu yolun davamçısı olan Həsən bəy Zərdabi öz böyük sələflərinin arzularını yerinə yetirmiş, 1875-ci ildə “Əkinçi” qəzetinin timsalında ilk milli mətbu nəşri yaratmışdı. “Əkinçi” qəzetinin milli maarifçilik ənənələrinin davamı olaraq XIX əsrin sonlarında “Ziya”, “Ziyayi-Qafqaziyyə” və “Kəşkül”, XX əsrin ilk illərində isə “Şərqi-Rus” anadilli qəzetləri meydana çıxmışdır. Rusiyada 1905-ci il inqilabından sonra etdiln “Həyat” qəzeti, “Füyuzat” jurnalı milli idealları yeni tarixi mərhələdə davam etdirmişdir. 1906-cı ilin 7 aprelində Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin çapdan çıxması ilə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsası qoyulmuşdur.
20-ci əsrin 2-ci on illiyində xalqın ictimai-siyasi məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən, milli proqramlı “Açıq söz” qəzetinin nəşrinə başlanmışdır. Xalqın xilas yolunu məfkurə birliyində görən qəzetin adının altında “Gündəlik türk qəzetidir” sözlərinin yazılması, onun türk dünyası ilə bağlılığının bariz nümunəsi idi. Hətta qəzet mətbuat tariximizdə ilk dəfə olaraq xalqımızın adının “müsəlman”, “tatar”, “tüzem” olmasına etirazını bildirmiş, “türk” olduğunu təkidlə sübüt etmişdir. Bu dövrdə Azərbaycan milli mətbuatı öz səhifələrində əsasən türkçülük ideyalarını təbliğ etməklə oxucularının qəlbinə yol tapdı”.

Şəhla Eminova – Əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki