image-qanunla-reklam
image-aynur-camal

Əgər Kılıçdaroğlu qalib gəlsə… – Camalqızı RİA-ya danışdı

image-lady-day-az

Türkiyədə keçirilən seçki Azərbaycan və bütün Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edir.

Qanunla.az xəbər verir ki, bunu “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı “RİA Novosti”yə açıqlamasında deyib.

“Türkiyədə keçirilən seçki həm Azərbaycan, həm də bütün region üçün fövqəladə əhəmiyyət kəsb edir. Bu səbəbdən də seçki günü Azərbaycan ictimaiyyətinin bütün diqqəti Ankaraya yönələcək. Seçkidə kim qalib gələcək, Türkiyənin yeni lideri kim olacaq – bu gün Azərbaycan cəmiyyətində ən çox səslənən suallar bunlardır.

İkinci və ən mühüm məqam Türkiyədəki seçkinin Azərbaycana və bütövlükdə regionumuza birbaşa təsiridir. Düzdür, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Türkiyə-Azərbaycan əməkdaşlığı yüksək səviyyədə davam edəcək. Çanaqqala döyüşündən 44 günlük müharibəyə qədər uzun tarixə malik olan ittifaq buna sübutdur”, – o bildirib.

Politoloqun fikrincə, bu məsələnin siyasi tərəflərini kənara qoymaq olmaz:

“İki fərqli ölkədə yaşayan eyni xalqın nə qədər yaxın münasibətdə olmasından asılı olmayaraq, çox şey iqtidarın yürütdüyü siyasətə bağlıdır. Birinci Qarabağ müharibəsi zamanı Türkiyə hakimiyyətinin Qarabağ ərazisindən dinc sakinlərin təxliyəsi üçün Azərbaycanı helikopterlərlə təmin etməkdən necə imtina ediyi hamımızın yadındadır. Ankaranın helikopterləri var idi, amma onlar bu helikopterləri Azərbaycana kömək üçün göndərmədilər. Səbəb isə Qərb tərəfdaşlarının razılığını almaq idi. Türkiyə o zaman bu məsələdə neytral qalmağa çalışırdı. Türkiyənin hazırkı Prezidenti Ərdoğan isə 2020-ci il müharibəsinin ilk günündən Azərbaycanı dəstəkləyib. Ehtimal edilir ki, Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə Türkiyə Qərbin çətiri altına qayıdacaq. Partiyasının təqdim etdiyi proqramı təhlil etsək, hakimiyyət dəyişikliyi olacağı təqdirdə Türkiyənin yenidən Qərbin çətiri altına düşəcəyi ilə bağlı kifayət qədər güclü fikir var. Bu, ilk növbədə, Türkiyənin milli maraqlarına və onun regional gücə çevrilmək planlarına ziddir. İkinci Dünya müharibəsindən sonra Qərb Türkiyəni öz maraqlarını təmin etmək üçün sınaq meydanı hesab edirdi. Məhz Ərdoğan dövründə, xüsusən 2010-cu ildən sonra Türkiyə Qərbin idarə etdiyi ölkədən müstəqil siyasi xəttə üstünlük verən dövlətə çevrilərək regional güc oldu. Türkiyə yenidən Qərbin göstərişlərini mexaniki şəkildə yerinə yetirməyə başlasa, bu, Azərbaycana və bütövlükdə bütün regiona mənfi təsir göstərəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki