image-qanunla-reklam
image-bzbaznqkzuflmby6wqyrjn3jab9rao0jvqz11zal_1200

Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir

image-lady-day-az

Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.

Cənubi Qafqazda uzun illər davam edən münaqişələrdən sonra bölgədə sabitliyin bərqərar olması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Son dövrlərdə regionda yaranan yeni geosiyasi reallıqlar dövlətlər arasında münasibətlərin normallaşması və davamlı sülhün təmin edilməsi üçün yeni imkanlar açır. Bu prosesdə beynəlxalq tərəfdaşların iştirakı və dəstəyi də mühüm rol oynayır. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın Azərbaycana səfəri məhz bu baxımdan diqqət çəkən hadisələrdən biri oldu. Görüş zamanı Prezident cənab İlham Əliyev regionda sülhün təmin olunmasının vacibliyini vurğulayaraq mühüm bir fikri diqqətə çatdırdı: “Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.” Dövlət başçısının bu sözləri bölgədə davamlı sabitliyin yalnız qarşılıqlı etimad və siyasi iradə sayəsində mümkün olduğunu göstərir.

Azərbaycan uzun müddətdir ki, Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın tərəfdarı olduğunu bəyan edir. Rəsmi Bakı hesab edir ki, region ölkələri arasında münasibətlərin normallaşması yalnız siyasi dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşma ilə mümkündür. Bu istiqamətdə aparılan diplomatik səylər bölgədə yeni əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır. Avropa İttifaqı da Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində maraqlı tərəflərdən biridir. Bu baxımdan Antonio Koştanın Azərbaycana səfəri tərəflər arasında siyasi dialoqun inkişafına və regiondakı proseslərin daha yaxından müzakirə olunmasına imkan yaratdı. Görüşlər zamanı tərəflər sülhün qorunması və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşdülər.

Bu baxımdan Bakıda keçirilən görüşlər regionun gələcək inkişafı üçün vacib siyasi mesajlar verdi. Sülhə yönəlmiş təşəbbüslərin davam etdirilməsi və tərəflər arasında konstruktiv dialoqun gücləndirilməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə və xalqlar arasında qarşılıqlı anlaşmanın formalaşmasına mühüm töhfə verə bilər.

 

Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki