ABŞ və xarici qüvvələr bölgədə qeyri-sabitliyə səbəb olur. Əfqanıstana xarici müdaxilə olmadan regional bir həll yolu istəyirik.
Qanunla.Az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Pakistan xarici işlər naziri Mahmud Qureyşi ilə görüşdə deyib.
Rəisi Əfqanıstanda təhlükəsizlik və sülhün təmin edilməsi və bu ölkədəki bütün qrupların qarşılıqlı fəaliyyətinin asanlaşdırılması üçün bölgə ölkələrinin, xüsusilə İran və Pakistanın əməkdaşlıq etməli olduğunu söyləyib.


























