Nəqliyyat vasitəsini idarə edərkən telefon və ya planşetdən istifadənin qadağan olunmasına dair qanuna əməl etməyən sürücülərin qəza halları son zamanlar artıb. Sərinişindaşıma ilə məşğul olan sürücülərin belə məsuliyyətsizliyi qəbuledilməzdir.
Qanunla.Az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bu barədə sürücülərə xəbərdarlıq edib.
“Bu cür diqqəti yayındıracaq halların nə dərəcə ağır fəsadlar verdiyinin şahidi oluruq. Belə sürücülərlə bağlı qanunvericilik çərçivəsində də lazımi tədbirlər görülür. Sürücülərə, xüsusilə ictimai nəqliyyat vasitələrinin sürücülərinə bidirmək istəyirik ki, nəqliyyat vasitəsini öz peşələrinə və daşıdıqları məsuliyyətə uyğun son dərəcə ciddi qaydada idarə etsinlər”.
Qeyd edək ki, iyunun 24-də Bakıda 5 və 125 nömrəli sərnişin avtobuslarının toqquşması nəticəsində 7 nəfər xəsarət almışdı. Avtobusların qəza anı ilə bağlı yayılan yeni görüntülərdən məlum olub ki, qəza sürücünün telefondan istifadəsi nəticəsində baş verib.