image-qanunla-reklam
image-media-f976b57b163455016811193386311067914-6u87krfpzbaxmqny104t

Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib

image-lady-day-az

Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib

Azərbaycanın müasir tarixində şanlı səhifələrdən biri kimi yadda qalan 17 oktyabr Füzuli şəhərinin Ermənistanın işğalından azad olunduğu gündür. Bu gün təkcə Füzuli sakinləri üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə malikdir. Bu gün həm də xalqımızın öz doğma torpaqlarına olan sarsılmaz bağlılığının, milli birliyinin, ordumuzun gücünün və siyasi iradənin təntənəsi kimi tarixə düşmüşdür. Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabrında başladığı Vətən müharibəsi 30 ilə yaxın davam edən işğalın sonunu gətirdi. Bu müharibə xalqımızın öz torpaqlarına qayıtmaq iradəsini, ərazi bütövlüyümüz uğrunda bir millət kimi birləşməsini bütün dünyaya göstərdi. 44 gün davam edən müharibənin hər günü tarixə qəhrəmanlıq salnaməsi kimi yazıldı. Məhz bu mübarizənin 22-ci günü 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun bir neçə kəndini azad etdi. Prezident cənab İlham Əliyev bu şanlı xəbəri xalqa müraciətində elan etdi və xalq böyük qürur və sevinclə bu xəbəri qarşıladı. Füzulinin azad edilməsi həm simvolik, həm də hərbi-strateji baxımdan böyük əhəmiyyət kəsb edirdi. Şəhərin azad olunması, daha sonra Cəbrayıl, Zəngilan, Qubadlı və nəhayət Şuşa istiqamətində hərbi əməliyyatların davamı üçün mühüm yol açdı. Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun yüksək peşəkarlığını və hərbi bacarığını nümayiş etdirdi. Burada müasir texnologiyadan istifadə, düzgün taktiki yanaşma və ən əsası, əsgər və zabitlərimizin ruh yüksəkliyi, vətənə olan sevgi ön planda idi.

Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində Füzuli şəhəri də yeni bir mərhələyə qədəm qoydu. 30 il düşmən tapdağında viranə halına salınan şəhər indi müasir texnologiyalar əsasında yenidən inşa olunur. “Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarına uyğun şəkildə salınan Füzuli, gələcəyin inkişaf etmiş şəhərləri sırasına qoşulmağa doğru irəliləyir. Bu gün həm də Azərbaycanın yeni reallıqlarının simvoludur. Dünya birliyi artıq işğal altında qalmış, unudulmuş bir region deyil, dinamik şəkildə inkişaf edən, modernləşən, turizm, kənd təsərrüfatı və sənaye mərkəzinə çevrilən bir Qarabağ görür. Füzuli şəhərinin azad edilməsi, tariximizin parlaq səhifəsidir. Bu zəfər bizə sübut etdi ki, xalqımız heç zaman torpaqlarının işğalını qəbul etməyib və etməyəcək. Müasir Azərbaycanın iradəsi, ordusunun gücü və xalqının birliyi sayəsində əldə olunan bu qələbə gələcək nəsillər üçün örnək olacaq.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki