Bu il Çin dünyaya yeni koronavirus infeksiyasına qarşı 2 milyard doza peyvəndi təqdim edəcək və Qlobal Peyvənd Giriş Proqramına 100 milyon dollar ayıracaq.
Qanunla.Az xəbər verir ki, bunu Çin Prezidenti Si Szinpin COVID-19 Peyvəndləri üzrə Beynəlxalq Əməkdaşlıq Forumunun ilk konfransında deyib.
O bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrə COVID-19 pandemiyası ilə mübarizədə kömək edəcək:
“COVAX tərəfindən ayrılan 100 milyon dollar, ilk növbədə, inkişaf etməkdə olan ölkələrə peyvəndin çatdırılmasını təmin edəcək. Ümid edirəm ki, bu forum dünyada peyvəndlərin mövcudluğunu və bərabər paylanmasını təmin etməyə, inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyi və əməkdaşlığı gücləndirməyə və pandemiya üzərində erkən qələbə qazanmağa kömək edəcək”.


























