image-qanunla-reklam
image-img_2892

Dünyanı idarə edən qumar imperiyasının “kralı” – “Anar 007”in gizli milyonları və qorxunc şəbəkəsi ifşa olur!

image-lady-day-az

Bir neçə gün əvvəl “Azərbaycan Reallığı”nda “Anar 007” ləqəbi ilə tanınan Anar Əliyev barədə yazı dərc etmişdik. Həmin materialdan sonra redaksiyamıza bu şəxs və onun yaratdığı nəhəng qumar imperiyası haqqında çoxsaylı yeni məlumatlar daxil olub.

“Qanunla.az” xəbər verir ki, araşdırmalar göstərir ki, bu adam sadəcə bir “oyun biznesmeni” deyil – milyonlarla dollarlıq beynəlxalq cinayət şəbəkəsinin beynidir!

Araşdırmalar nəticəsində bəlli olub ki, reklam olunan bəzi onlayn kazino və mərc platformaları məhz Anar Əliyevə məxsusdur. Bu saytlar vasitəsilə hər ay milyonlarla dollar dövriyyə əldə olunur. Qumar kralının ümumi dövriyyə büdcəsinin 200-250 milyon ABŞ dolları civarında olduğu, şəbəkəsində isə 5 mindən çox şəxsin fəaliyyət göstərdiyi deyilir.

Əldə etdiyimiz sənədlər və mənbələrdən alınan informasiyalar göstərir ki, Anar Əliyev bu “imperiyanı” əsasən postsovet məkanındakı gənclər üzərində qurub. Onun əsas hədəfi – tələbələr, işsiz gənclər və sosial mediada aktiv şəxslərdir.

Məlumatlara görə, “Anar 007”in şəbəkəsi Azərbaycanda da geniş şəkildə fəaliyyət göstərir. O, çoxsaylı gəncləri “yüksək maaşlı iş” adı ilə xaricə apararaq, əslində, onları öz cinayət şəbəkəsinə cəlb edib.

Araşdırma zamanı üzə çıxan faktlara əsasən, bu şəxslərin bəziləri aldadılaraq müxtəlif ölkələrdə sənədsiz vəziyyətdə saxlanılır və geri dönə bilmirlər. Onların bir çoxu psixoloji təzyiq və borc şantajı altında qumar sistemində işləməyə məcbur edilir.

Daxil olan mənbələr bildirir ki, Anar Əliyev hazırda “Interpol” tərəfindən qırmızı xəttlə beynəlxalq axtarışdadır, lakin nədənsə onun hələ də həbs olunmaması ciddi suallar doğurur. İddialara görə, bu şəxsin arxasında güclü himayədar qüvvələr dayanır.

Redaksiyamız bu şəxslə birbaşa əlaqə yaratmaq üçün “Telegram” vasitəsilə “Anar 007” istifadəçi adını axtarıb. Cəmi bir dəqiqə ərzində gələn cavablar göstərdi ki, onun komandası peşəkar şəkildə hazırlanmış psixoloji manipulyasiya üsullarından istifadə edir.

Bir neçə cəlbedici cümlə ilə insanı inandırırlar ki, “tez zamanda zəngin olmağın” sirri məhz bu şəbəkədədir. Yalnız bir neçə saat ərzində “heç nəyə sahib olmayan birini milyonerə”, əks halda isə “zəngin şəxsi bir gecədə bomj vəziyyətinə salmaq” onların əlində olan oyundur.

Mənbələr bildirir ki, Anarın ətrafında güclü psixoloqlar, sosial media mütəxəssisləri və hətta davranış elmləri üzrə ekspertlər var. Onlar insanın zəif nöqtələrini analiz edir, sonra onu sistemə cəlb edirlər. Bu, sadəcə “oyun” deyil – mükəmməl işlənmiş aldatma mexanizmidir.

Tədqiqatlara əsasən, “Anar 007”in qumar sistemi artıq 100-dən çox ölkədə fəaliyyət göstərir. Hətta bəzi dövlət qeydiyyatlı, qanuni mərc şirkətlərinin rəhbərləri belə onunla əlaqə saxlayaraq onun “beyin məhsullarından” istifadə edirlər.

Mənbələr iddia edir ki, bu gün “Anar 007”i həbs etsələr belə, qurduğu sistem elə güclü və çoxşaxəlidir ki, şəbəkə onun yoxluğunda da fəaliyyətini davam etdirəcək.

Bu fakt bir daha sübut edir ki, dünyanı sarsıdan bu qumar imperiyası tək bir adamın deyil, peşəkar cinayətkar beynlərin birgə məhsuludur.

Onu da qeyd edək ki, “Anar 007” ləqəbi ilə tanınan qumar kralının istifadə etdiyi onlayn qumar şəbəkəsində fəaliyyət göstərən mobil nömrələrin böyük əksəriyyəti Azercell və Bakcell operatorlarına məxsusdur. Yayılan məlumatlara görə, o, təkcə bu nömrələrə yarım milyon manata yaxın sərmayə qoyub.

+994 50 211 67 36

+994 50 211 67 34

+994 55 595 95 95

+994 55 353 53 53

+994 51 344 44 44

+994 51 533 33 35

+994 50 669 69 69

+994 55 669 69 69

+994 55 269 69 69

Maraqlısı Budur ki, bu nömrələrin telefon zəngi və whatsappıda aktivdir.

Biz, “Azərbaycan Reallığı” olaraq, oxucularımıza ciddi xəbərdarlıq edirik:

“Qısa zamanda zənginlik”, “asudə gəlir” və ya “xaricdə yüksək maaşlı iş” adı altında gələn təkliflərə inanmayın!

Bu sistemə düşən bir çox gənc ailəsi ilə əlaqəsini itirib, sənədlərindən məhrum olub, bəziləri isə illərlə kölə kimi işlədilib.

Bu tip şəxslər və şəbəkələr sadəcə pullarınızı deyil, həyatınızı və gələcəyinizi də məhv edə bilər.

Redaksiyamız araşdırmanı davam etdirir. Əgər sizdə “Anar 007” və onun şəbəkəsi ilə bağlı əlavə məlumat, sənəd və ya faktlar varsa, bizimlə əlaqə saxlayın.

Bu, yalnız bir şəxsin deyil, minlərlə insanın həyatını qurtara biləcək bir addım ola bilər.

Orxan Rasifoğlu

 

image-img_2891 image-img_2890


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki