Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 275 milyonu ötüb.
“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19-a 275 233 892 yoluxma aşkarlanıb. Son sutkada daha 541 319 nəfərin koronavirusa yoluxması məlum olub, 5 735 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 5 364 996 nəfərə çatıb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb – 50 565 638 nəfər. Siyahıda sonrakı yerlərdə Hindistan (34 758 481), Braziliya (22 215 856) və Böyük Britaniya (11 542 147) qərarlaşıb.
Ölənlərin sayına görə də ən çox ABŞ-dadır – 799 942 nəfər. İkinci sırada Braziliya (617 873), üçüncü yerdə Hindistandır (478 325) .
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



















