Qanunla.az xəbər verir ki, o, bu barədə CNN kanalına müsahibəsində deyib.
“Rusiya ilə dialoqun mənası yoxdur. Vladimir Putinin qarşısında çox sərt şərtlər qoymaq lazımdır. Deməliyik: “Siz bu şərtləri yerinə yetirməyincə bizim danışacaq bir şeyimiz yoxdur”. Biz Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik, sanksiyalar rejimini artıracağıq. Çünki heç nəyə nail olmayan dialoqunuz varsa, bu, sadəcə olaraq Rusiyanın vaxt udmaq üçün bir oyundur”, – o bildirib.
Polşa lideri Rusiyaya əlavə sanksiyalar tətbiq etməyə çağırıb:
“Sanksiya rejimini gücləndirmək lazımdır. Buna heç bir şübhəm yoxdur. Lakin bu, çox çətin işdir. Ən yaxşısı Rusiyanın öz xammalını satmasına mane olmaqdır – qaz, ilk növbədə isə nefti”.
Dudanın sözlərinə görə, Polşa əvvəlcə Rusiya ilə Almaniya arasında qaz kəmərlərinin yaradılmasının əleyhinə idi:
“Bunlar Polşa, Ukrayna və Baltikyanı dövlətlərdən yan keçmək üçün nəzərdə tutulmuş siyasi layihələrdir. “Şimal axını 2” qaz kəmərini sökmək lazımdır. Rusiya təkcə Almaniyanı şantaj etmir, hazırda Rusiya faktiki olaraq bütün Avropanı şantaj edir”.


























