image-qanunla-reklam
image-prezident_171120_31

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir

image-lady-day-az

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir

Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Ali Baş Komandan, dövlət başçısı İlham Əliyev bu cümlələri 2020-ci  ilin  oktyabrın 18-də “Twitter” səhifəsində paylaşmışdı. 18 oktyabr Xudafərin qəsəbəsinin və eyniadlı körpünün işğaldan azad olduğu gün kimi tarixə düşdü. Bu həm də o deməkdir ki, Azərbaycan xalqı Milli müstəqillik gününü bundan sonra daha qürurla qeyd edəcək. Xudafərin körpüsü Zəngilan və Cəbrayıl rayonlarının qovşağında, Araz çayının üzərində tikilib. Əsrlərə şahidlik edən, Azərbaycanın şimalı ilə cənubunu birləşdirən körpüdür. Xudafərin körpüsü xalqımız üçün həm də mənəvi cəhətdən önəmlidir. Təkcə bizim üçün yox, güneyli soydaşlarımız üçün də. Həsrət körpüsü idi Xudafərin. Arazın o tayından bu tayına, bu tayından da o tayına zillənən baxışların mərkəzi nöqtəsi idi. Təsadüfi deyil ki, Fərman Kərimzadənin XV əsrin axırı XVI əsrin əvvəlləri, Şah İsmayıl Xətainin uşaqlıq və gənc illəri, sərkərdə və dövlət xadimi kimi yetişməsi barədə romanını da “Xudafərin körpüsü” adlandırmışdı. İllərlə işğal altında oldu. Mənfur düşmənin tapdağına məruz qaldı. Azərbaycanın mədəni irsini tarixdən silməyi qarşısına məqsəd qoyan ermənilərin işğalı dövründə bu körpünün taleyi müəmmalı idi. Görəsən, uçulubmu, dağılıbmı? Lakin müzəffər ordumuz, şəhid qəhrəmanlarımızın şücaəti ilə bu müəmma aradan qaldırıldı. 1993-cü ildə ermənilər tərəfindən işğal olunan Xudafərin körpüsündə 18 oktyabr 2020-ci ildə üçrəngli Azərbaycan bayrağı dalğalandı.

Xudafərin körpüsü unikal memarlıq abidəsidir. Xoşbəxtlikdən təbii qayalar üzərində inşa edilən Xudafərin körpüsünün bir hissəsi bu günə gəlib çatıb. “Xuda-Afərin” farscadan tərcümədə “Allah tərəfindən yaradılmış” mənasını verir. İpək yolunun üzərində yerləşən körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya, Qərbi Avropa ölkələri ilə Azərbaycan arasında iqtisadi, eləcə də mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Xudafərin körpüsü üzərində məlum layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. Azərbaycan bu layihələrdən istifadə etməklə iqtisadi potensialını gücləndirəcək.

Bu elektrik stansiyaları, hidroqovşaqlar vasitəsilə Azərbaycan işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll olunacaq, bölgənin qısa müddətdə bərpasına və inkişafına şərait yaranacaq. Bu, həm də Azərbaycan enerjisinin ixracı baxımından yeni imkanlar deməkdir. Bu layihələrin icrası cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Xudafərinin işğaldan azad olunması cənab Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasi xadim olduğunu bir daha göstərdi.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki