image-qanunla-reklam
image-_fkh2988_89_90_tonemapped

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

image-lady-day-az

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur

Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edərkən üçrəngli Bayrağımızın dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanmasını xüsusi qeyd edirik. Bu mühüm hadisə hər bir azərbaycanlını qürurlandırır. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların qarşısında  Bayrağımızın  ucaldılması da qürurla qeyd edilən uğurlarımız sırasındadır. Bu gün Bayrağımız işğaldan azad edilən torpaqlarımızda ucaldıldığı üçün qürurluyuq. 30 il   bu anı səbirsizliklə gözlədik. Qalibiyyət rəmzi, müjdəçisi olan Bayrağımızın bizə bu Qələbəni çatdıracağına əmin idik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizin Zəfər səhifəsini yazdı. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Qələbə səhifəsi kimi yazılmasını, Azərbaycan əagərinin hər gün işğaldan azad edilən şəhər, qəsəbə və yaşayış məntəqələrində Azərbaycan Bayrağını qaldırması anını hər kəs böyük qürur hissi ilə izlədi. 44 gün paytaxt və bölgələrimizdə küçə,  meydanları bəzəyən Bayrağımız  bizdə sabaha, tarixi Zəfərimizə böyük inam yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını xalqa müraciətində böyük qürur hissi ilə qeyd edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müjdəsinə şahidlik edən Azərbaycan Bayrağı oldu. Bayrağımız milli birliyimizin ifadəsi, qürur mənbəyimizdir.

Dövlət Bayrağı xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Milli həmrəyliyin başlıca amillərindən olan üçrəngli Bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc mənbəyidir. Müstəqilliyimizin bərpasının ilk illərində  ölkədə siyasi proseslərin gedişi Azərbaycanı müstəqilliyini yenidən itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Qısa zamanda sabitlik diyarına çevrilən Azərbaycanın bu günü üçün möhkəm təməl formalaşdırıldı. Üçrəngli Bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də Ulu Öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq səsverməsi yolu  ilə qəbul edilən  Konstitusiyamızda  öz əksini tapıb. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son 22 ildə  Prezident İlham Əliyevin uğurlu siyasəti, təkmil islahatları nəticəsində Zəfər zirvəsini fəth etdi. Cənab Prezident İlham Əliyev  dövlət rəmzlərini hər zaman  uca tutur. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki