Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur.
Dövlət rəmzi məxsus olduğu dövlətin xarakterini, milli adət-ənənələri, mifik və dini görüşlərini təmsil etməlidir. Bu funksiyalar özünü müasir çalarları ilə müstəqil Azərbaycan Respublikasınin dövlət rəmzlərində də göstərməkdədir. Dövlət rəmzləri dövlətin rəsmi fərqləndirici əlamətləridir və onlar bir çox dövlətlərin konstitusiyasında öz əksini tapmışdır. Müasir dövrdə daha da təkmilləşdirilən milli atributlarımız bir sıra funksiyalar daşıyır. Belə ki, dövlət rəmzləri Azərbaycan Respublikasını beynəlxalq hüququn subyekti kimi beynəlxalq təşkilatlarda fərqləndirilən və tanıdan rəmzlərdir. Ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdir ki, “Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir”. Dövlət rəmzləri xalqımızın müqəddəs predmetləri kimi özündə xalqa məxsus ən ali dəyərlərin simvollarını daşıyır.
Bayraq sözü müasir anlamda dövlətçilik termini olaraq, dövlətimizin,millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqüilliyini, azadlığını, dövlətçiliyini əks etdirir.
Bu gün müstəqil Azərbaycanın dövlət bayrağında üç rəngin ifadə etdiyi məna hamımıza aydındır. Bayrağımızdakı rənglərin ifadə etdiyi türklük, müasirlk və islamlıq anlayışlarının tarixi kontekstdə ifadə etdiyi məzmun və məna vardır. Beləliklə qısa olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, mavi rəng-türklüyü, qırmızı rəng- müasirliyi, yaşıl rəng-islamlığı, səkkizguşəli ulduz-əbədyyət rəmzi olan Günəşi, alov – “odlar yurdu”nu – Azərbaycanı, palıd budaqları – milli hərbi qüdrətimizi, sünbül – vətənimzin bolluğunu və bərəkətliliyini ifadə edir.
Zərdab rayonu Otmanoba kəndi sakini – Balamirzə Cəfərov




















