image-qanunla-reklam
image-1657266531_292561980_408024278027237_7795990267964020608_n-1

Dövlət Komitəsinin sədri könüllülərlə görüşüb – FOTOLAR

image-lady-day-az

7 iyul 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova könüllülük fəaliyyətini başa vurmuş gənclərlə görüşüb.

Qanunla.Az xəbər verir ki, Komitə sədri Bahar Muradova, gəncləri salamlayaraq, könüllülük proqramını uğurla bitirdikləri üçün təbrik edib. O, gəncliyin imkanlarından vaxtında və bacarıqla istifadə etməyin üstünlük qazandırdığını, həyatın hər mərhələsində əldə edilən təcrübələrin sürətli dəyişikliklərə uyğunlaşmaq baxımından mühüm rol oynadığını, insanı irəliyə aparan əsas lokomotiv olduğunu vurğulayıb.

Komitə sədri əlavə edib ki, Ulu öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi, eləcə də cənab Prezident İlham Əliyevin bugün yürütdüyü siyasətin nəticəsi olaraq gəncliyimiz müstəqil və sərbəstdir, özünə və ölkəsinə inam hiss edir: “Prezidentin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamı ilə gənclər konüllülük işinə cəlb olunaraq, dövlət qurumlarında, müxtəlif orqanlarda təcrübə keçmək imkanı əldə etdilər. Son zamanlar gənclərin bu işə belə maraq göstərməsi, mövcud təcrübəni öyrənmək istəyi onların vətəninə, ölkəsinə bağlılığını nümayiş etdirir”.

B.Muradova özünü insan kapitalının inkişafına həsr etməyin şərəfli bir seçim olduğunu bildirərək, Komitənin könüllülük proqramında iştirak edən gəncləri sosial iş kimi məsuliyyətli və çətin sahəni seçdikləri üçün alqışlayıb. O qeyd edib ki, Komitənin reallaşdırdığı 3 aylıq təcrübə proqramı ilə iştirakçılara gələcək fəaliyyətlərində təcrübə qazandırması sevindirici haldır. Çıxışının sonunda sədr gənclərə məsləhət və tövsiyələrini verib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova gənclərlə görüşün öz fəaliyyətimizi və gördüyümüz işi dəyərləndirmək baxımından önəmli olduğunu qeyd edib. Sədr müavini, həvəslə bu tip proqramlara qoşulan, enerjili, işıqlı gənclərin onların təşəbbüskarlığının göstəricisi olduğunu vurğulayıb. İnsanlara xidmət etmək kimi şərəfli sahəni seçdikləri üçün könüllüləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğur arzulayıb.

Tədbir zamanı müxtəlif universitetlərdən könüllülük proqramına qoşulan tələbələr çıxış edərək, fikirlərini bölüşüblər. İştirakçılar Günel Hüseynova, Murad Hüseynli, Aysun Kərimova, Aytac İbrahimova, Günel Hacıyeva, Şəbnəm Əsgərova və Nərmin Qarayeva ali təhsil zamanı qazanılan ilkin biliklərin təkmilləşdirilməsi, eləcə də təcrübə əldə olunması baxımından könüllülük fəaliyyətinin əhəmiyyət kəsb etdiyini qeyd ediblər və yaradılan şəraitə görə təşəkkürlərini çatdırıblar. Çıxışlar zamanı xarici təcrübənin öyrənilərək ölkəmizdə sosial işin inkişafı istiqamətində tətbiq olunması, bu sahədə fəaliyyət göstərmək arzusu ifadə olunub.

Tədbir müzakirələrlə davam edib və sonda könüllülərə sertifikatlar təqdim edilib.

Məlumat üçün qeyd edək ki, cari ilin fevral ayında Dövlət Komitəsinin növbəti könüllülük proqramına start verilib, müraciət edənlərdən 30 nəfər gənc müsahibə ilə seçilərək könüllü fəaliyyətə cəlb edilib. 1 aprel – 1 iyul 2022-ci il tarixlərini əhatə edən proqram çərçivəsində könüllülərə Komitənin fəaliyyət istiqamətlərinə uyğun mövzularda təlimlər keçirilib, Komitənin Şüvəlan və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə, “Uşaq Qaynar Xətt” xidmətinə səfərlər təşkil olunub.

Könüllülük proqramının təşkil olunmasında məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, gəncliyin potensialından səmərəli istifadə etməkdir.

İslahat.az

image-1657266531_292561980_408024278027237_7795990267964020608_n image-1657266461_292551534_408023478027317_860564170460611143_n image-1657266542_292510046_408023844693947_4201347262325214995_n image-1657266536_292478866_408023634693968_5839942666353360541_n image-1657266554_292611446_408024341360564_7359315057747027924_n image-1657266604_292425482_408023424693989_4742985268132351157_n image-1657266670_292595226_408023611360637_4403835894582492325_n image-1657266631_292604001_408023501360648_5811328288518892107_n image-1657266605_292368233_408023988027266_7354804815393032829_n image-1657266699_292342821_408023491360649_3793234048323651126_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki