Dövlət bayrağının istifadəsi
Dövlət bayrağı – hər bir xalqın müstəqilliyini, suverenliyini və milli kimliyini təcəssüm etdirən ali rəmzdir. Bayraq dövlətin atributu olmaqla yanaşı, həm də onun tarixi, ideologiyası, milli birliyi və mənəvi dəyərlərinin ifadəsidir. Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı xalqımızın azadlıq iradəsinin, müasir dünyada layiqli yer tutmaq əzminin və milli qürur hissinin parlaq simvoludur. Bayrağın düzgün və məqsədyönlü istifadəsi yalnız hüquqi məsələ deyil, həm də vətəndaşlıq şüurunun, vətənpərvərlik duyğusunun göstəricisidir. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş, mavi, qırmızı və yaşıl zolaqlardan ibarət üçrəngli rəmz kimi tarixə düşmüşdür. Müstəqilliyin bərpasından sonra – 1991-ci il noyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən üçrəngli bayraq yenidən dövlət rəmzi kimi təsdiqlənmişdir. Bayrağın hüquqi statusu Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun ilə tənzimlənir. Bu qanuna əsasən, dövlət bayrağının forması, ölçüsü, rəng çalarları, ulduz və ayparanın nisbətləri dəqiq müəyyən olunmuşdur. Bayrağın qorunması və düzgün istifadəsi hər bir dövlət orqanı və vətəndaş üçün qanuni və mənəvi borcdur.
Dövlət bayrağı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müxtəlif formalarda istifadə edilir. Dövlət orqanlarının binalarında, parlamentdə, prezident iqamətgahında, hökumət binasında, məhkəmələrdə və digər dövlət idarələrində daimi olaraq asılır; Dövlət rəhbərlərinin iş otaqlarında və rəsmi görüşlər zamanı nümayiş etdirilir; Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri, konsulluqları və diplomatik nümayəndəliklərində dalğalanır; Beynəlxalq idman yarışlarında, mədəni tədbirlərdə və sammitlərdə Azərbaycan nümayəndələri tərəfindən daşıyılır; Qələbə qazanan idmançılar səhnəyə qalxarkən Azərbaycan himni ilə birlikdə üçrəngli bayrağımız ucaldılır – bu, dövlətin beynəlxalq nüfuzunun göstəricisidir; Orduda, hərbi hissələrdə, gəmilərdə və sərhəd məntəqələrində dövlət bayrağı daim ucaldılır; Bayraq əsgərlərin andiçmə mərasimində, hərbi paradlarda və rəsmi tədbirlərdə əsas rəmz kimi istifadə olunur; Dövlət bayrağı vətənpərvərlik yürüşlərində, anım günlərində, şəhidlərin məzarlarında və rəsmi mərasimlərdə istifadə olunur; Hər bir vətəndaş üçün bayraq evdə, ofisdə və ya avtomobildə şərəf simvolu kimi qəbul edilir; Bu, bayrağın sadəcə dövlət rəmzi deyil, həm də milli dəyər kimi insanların mənəvi həyatına daxil olduğunu göstərir. Bu, həm Vətənə sədaqət andının, həm də milli qürurun təzahürüdür.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət bayrağına qarşı hörmətsizlik və ya onu təhqir etmək ciddi hüquqi məsuliyyət yaradır. Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, dövlət rəmzlərini təhqir edən şəxslər cəzalandırılır.
Bayraqla bağlı etik normalar aşağıdakı prinsiplərə əsaslanır: Bayraq yerə salınmamalı və təhqiredici formada istifadə edilməməlidir; Yırtılmış, solmuş və ya çirklənmiş bayraq nümayiş etdirilməməlidir; Bayraq digər ölkələrin bayraqları ilə yanaşı asıldıqda, Azərbaycan bayrağı bərabər səviyyədə və ya daha yüksəkdə olmalıdır; Rəsmi tədbirlərdə bayrağa qarşı xüsusi ehtiram göstərilməlidir – himn səslənərkən
Azərbaycanın üçrəngli bayrağı bu gün dünyanın bütün qitələrində tanınır.
BMT, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların binalarında dalğalanır. Azərbaycan diaspor təşkilatları bayrağımızı milli həmrəyliyin və kimliyin rəmzi kimi istifadə edirlər. Xaricdə keçirilən mədəni festivallarda, idman yarışlarında və siyasi forumlarda bayrağımızın görünməsi, müstəqil Azərbaycanın mövqeyini və nüfuzunu möhkəmləndirir.
Veteran müəllim Vəfadar Niftəliyev





















