image-qanunla-reklam
image-580520836_1388371065976001_8363388205598772803_n

Dövlət başçısının təyin etdiyi hər bir rəhbər şəxs üçün əsas meyarlar ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olmalıdır

image-lady-day-az

Dövlət başçısının təyin etdiyi hər bir rəhbər şəxs  üçün əsas meyarlar ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olmalıdır

 

Noyabrın 12-də ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi, Göyçay, Göygöl, Balakən, Qax, Kürdəmir və Bakı şəhəri Nəsimi Rayonlarının icra hakimiyyətlərinə başçılar təyin olunnub. Həmin gün dövlət başçısı təyin edilən icra başçıları ilə görüşərək onlara yeni vəzifəyə təyinatla bağlı tövsiyə və tapşırıqlarını verib.

Qeyd edilib ki, yeni təyinat icra başçılarına böyük etimadın göstərilməsidir. Bu təyinatlar öz növbəsində böyük məsuliyyət və böyük işlər tələb edir. Dövlət başçısının təyin etdiyi hər bir rəhbər şəxs  üçün əsas meyarlar ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq olmalıdır.

Cənab Prezidentin dövlət məmurlarının qarşısına qoyduğu əsas tələblərdən biri ölkənin hər bir bölgəsində vətəndaş məmnunluğunun, məmur-vətəndaş münasibətlərinin dayanıqlı inkişafın təmin edilməsidir və bu bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır.

İlk növbədə rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır. Prezidentin bildirdiyi kimi: “həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.

 

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki