image-qanunla-reklam
image-oip0a3j0nkxfwb9mofgj

Dövlət başçılarının qarşılıqlı səfərləri

image-lady-day-az

Dövlət başçılarının qarşılıqlı səfərləri

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri var. Azərbaycanlılar və gürcülər regionda  mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar, xalqlar arasında qarşılıqlı hörmət və ehtiram hər zaman örnək olub. Bununla yanaşı, iki qonşu, dost ölkə həm də strateji tərəfdaş kimi çıxış edir və ikitərəfli əməkdaşlığımız son dərəcə uğurludur.

Dostluğa, mehriban qonşuluğa və strateji tərəfdaşlığa söykənən Azərbaycan – Gürcüstan münasibətləri bu gün özünün ən yüksək zirvəsinə çatıb. Tarixin sınaqlarından keçən bu münasibətlər həm də sıx regional əməkdaşlığın parlaq nümunəsidir. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfəri iki ölkə arasında dostluğun və tərəfdaşlığın təzahürü olmaqla, Cənubi Qafqazın bu iki dövləti arasındakı əlaqələrin  yüksək səviyyədə olmasından xəbər verir.

Məlumdur ki, Gürcüstan və Azərbaycan Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizləri kimi mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil yollarının inkişafı hər iki ölkə üçün prioritet məsələdir. “Yeni İpək Yolu” layihəsi və “Bir kəmər, bir yol” təşəbbüsü bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Hər iki ölkə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. Onlar regional təşkilatlar və platformalar çərçivəsində əməkdaşlıq edirlər. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da ardıcıl olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Bu gün ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana (1 dövlət, 1 rəsmi, 9 işgüzar) səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 2 (1 rəsmi, 1 işgüzar) səfər etmişdir. Rəsmi səfər 27-28 fevral 2019-cu ildə, işgüzar səfər (IX Qlobal Bakı Forumunda iştirak) isə 16 iyun 2022-ci ildə baş tutmuşdur. İki dövlətin rəhbərlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri regional dinamikaların dəyişdiyi bir dövrdə əhəmiyyətli bir rol oynayır və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki