Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.
Azərbaycan-Vyetnam əməkdaşlığını yarım əsrdən artıq tarixə malik dostluq münasibətlərinin birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının təməlinə çevrilib. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Dövlət başçımız 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi.
Hazırda hər iki ölkənin xarici işlər nazirlikləri xətti ilə siyasi məsləhətləşmələr aparılmaqda, parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərməkdədir.
İki ölkənin neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrini əhatə edən işgüzar dairələrin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildiyini, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elm və texnika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan Vyetnamla iqtisadi və ticarət əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. Eyni zamanda, mədəniyyət, humanitar və təhsil sahələrində həyata keçirtdiyimiz əməkdaşlığın kökləri sovet dövrünə gedib çıxır. Bu əlaqələr son illərdə daha da inkişaf etməkdədir.
Hələ sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlının təhsil almışdır. Onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşmüş, 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının təsis edilmişdir.
Həmcinin, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Azərbaycanla Vyetnam arasında münasibətlərin bütün əsas sahələr üzrə uğurla inkişaf etdiyi danılmaz faktdır. Vyetnam lider cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacağ. Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacağ. İkitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir.
Veteran müəllim Vəfadar Niftəliyev