Pakistanın Pəncab əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Qanunla.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan bölməsinin məlumatına əsasən zəlzələnin episentri Dera Qazi Xan şəhərindən 63 km şimal-qərbdə yerləşib.
Episentrdə yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 5,3 bal gücündə qiymətləndirib. Onun məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Hələlik dağıntı və tələfatla bağlı məlumat verilməyib.