Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri Donetsk vilayətinin Volnovaxa şəhəri yaxınlığında Rusiyanın Su-34 qırıcı-bombardmançısını məhv edib.
Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Elə indicə Birləşmiş Qüvvələrin HHM bölmələri Volnovaxa üzərində Rusiyanın Su-34 bombardmançı-qırıcı təyyarəsini vurdu”, – məlumatda qeyd olunub.
Bildirilib ki, rus pilotlar şəhərin yaşayış yerləri və infrastukturlarını bombardman edirmiş.


























