image-qanunla-reklam
image-1629182087-ukrayna-askeri-aa-1555633_2

Donbasda daha bir Ukrayna hərbçisi ÖLDÜ

image-lady-day-az

Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgəri həlak olub.

Qanunla.Az xəbər verir  ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, Donbasın Zolotoye 4, Vodiyane, Şirokino, Novomihaylovka və Prisepilovka bölgələrində separatçıların açdığı atəş nəticəsində bir Ukrayna əsgərinin öldüyü bildirilib. Həmçinin ərazidə ATƏT-in nümayəndələrinin olduğu da qeyd olunub.  Məsələ ilə bağlı Avropaya (ATƏT) məlumat verilib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri  rusiyapərəst separatçıların atəşkəsi 5 dəfə pozduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki