image-qanunla-reklam
image-1628166279_zelenskiy-zelensky-reu-1630155_2

“Donbas işğaldan azad ediləcək!” – Zelenski

image-lady-day-az

Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 

Qanunla.Az  xəbər verir ki, o, bu barədə “Dom TV”-yə verdiyi müsahibədə qeyd edib.

Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri deyib:

“Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız”.

Bununla yanaşı, Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:

“Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!”,- deyə ifadə edib.

Ukrayna rəhbəri  son olaraq, “Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək” şərhi ilə sözünü bitirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki