image-qanunla-reklam
image-369730613_857112062435240_6641058572962980333_n

Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir

image-lady-day-az

Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Görülən işlərin sistemli xarakter alması bir daha belə bir reallığı təsdiqləyir ki, bütün planlar zamanında və yüksək səviyyədə həyata keçirilir. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda görülən işlər, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir.

Belə ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər, Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Prezident İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdilər. O da məlumdur ki, avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı və birinci xanım, həmçinin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Laçın rayonunun timsalında dirçələn Azərbaycan reallıqlarını görürük. Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir. Bu, onun təsdiqidir ki, istədiyimizə hər zaman nail oluruq.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Cənab Prezident İlham Əliyev Laçından bir daha bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz

Dövlət başçısı İlham Əliyev çıxışında bir daha diqqəti bu ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasına yönəldərək bildirdi ki, iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Ölkəmizə nə qədər təzyiqlər oldu. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

“Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün addımlarında bu prinsiplərə söykənir” söyləyən Ə.Salahzadə qeyd edib ki, Azərbaycanın bütün uğurlarının əsasında məhz bu prinsiplərə söykənərək həyata keçirdiyi müstəqil siyasət dayanır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Prezident İlham Əliyev Laçından bir daha bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.”

Bu torpaqlarda görülən işlər, soydaşlarımızın qayıdışı, ən əsası dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi səfərlərinin hər biri bir çağırışdır: “Bu torpaqların sahibi bizik, qurub yaradırıq. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Böyük turizm potensialına malik olan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm günlər gözləyir”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Laçın şəhəri günü hər birimizin günümüzdür

Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin Sərəncamı ilə bu ərazilərdə quruculuq işlərinə başlanıldı. Quruculuq işləri tarixi Zəfərin tarixi davamıdır.

Laçın rayonu işğaldan dekabrın 1-də azad edilsə də Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusnunu nəzarətində deyildi. Azərbaycanın güclü xarici siyasəti, Azərbaycan Ordusunun gücü sayəsində Laçın şəhəri də, bu kəndlər də Ermənistan silahlı birləşmələrinin nəzarətindən çıxarıldı. Laçında da quruculuq işləri uğurla aparılmaqdadır. Laçına da böyük köç başlayıb.

Laçının işğalı Ermənistanın arzuladığı siyasi şəraitə uyğun gəlirdi: Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir fəlakət idi. Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vila­yə­ti arasında coğrafi əlaqə yaradılırdı. Laçın da işğal olunmuşdu, Şuşa da. Vətən müha­ri­bə­sində tarixi Zəfərlə Şuşa da işğaldan azad edildi, Laçın da.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılmışdı və ona şəhər statusu verilmişdi. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardı.  1992-ci il mayın 18-də Ermənistan si­lah­lı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmiz­lən­mə­yə məruz qalmışdı. 300-dən artıq hərbi və mülki şəxs həlak olmuşdu, itkin düşmüşdü.

Cari ilin 23 aprel tarixində Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaradıl­dı. 23 aprel Azərbaycanın ərazi bütövlüyünün tam bərpası oldu.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Zəfərdən sonra rayonun ərazisində neçə-neçə su-elektrik stansiaysı inşa edilib ki, bu da minlərlə əhalinin elektrik enerjisi ilə təminatında mühüm əhəmiyyətə malik olacaq.

Laçın şəhəri günü hər birimizin günümüzdür, hər birimiz bu günün mahiyyətini aydınlığı ilə duyuruq. Laçın Şəhəri Gününə ən böyük töhfəmiz onun mahiyyətini dərk etməyimizdir…

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki