image-qanunla-reklam
image-404490197_901246791355100_3187982602310405205_n

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

image-lady-day-az

Diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri

Azərbaycanla İraq arasındakı münasibətlərin qədim tarixi var. Tarixən bizi birləşdirən dini, mədəni əlaqələrimiz olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu əlaqələr getdikcə inkişaf edib. “Ərazilərimizin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və bu işğal 30 ilədək davam etdi. İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daim Azərbaycanı dəstəkləyir. İraqın Azərbaycanın ərazi bütövlüyünü daim tanıyıb və dəstəkləyib. İraq dövləti 44 günlük şərəfli mübarizədə  Azərbaycana dəstək verdi. Diplomatik əlaqələrin yarandığı  tarix  boyunca ilk İraq Prezidentidir ki, Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana Respublikasına rəsmi səfərə gəlib. Bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaqdır. Hər iki ölkə rəhbərliyinin və rəsmilərinin qarşılıqlı səfərləri və dövlətlərin maraqlarını, onların qarşılıqlı münasibətlərini özündə əks etdirən rəsmi sənədlərin yenilənərək imzalanması da günümüzdə baş verən hadisələrin reallığını əks etdirir. Bundan başqa, hər iki dövlətin beynəlxalq səviyyəli təşkilatlarda təmsil olunması regionda baş verən hadisələrə münasibət və maraqların uzlaşdırılması baxımından da əhəmiyyətlidir. Demək olar ki, beynəlxalq aləmdə sürətlə dəyişən gündəm ölkələrarası mnasibətlərə korrektələr edilməsinin özünü də zəruri edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə müxtəlif sahələrin bundan sonrakı inkişafını və yeni münasibətlərin qurulmasını  özündə əks etdirən sənədlərin imzalanması mərasimi keçirilib. Hər iki dövləti təmsil edən qurumlar – sosial müdafiə, turizm, rəqəmsal texnologiya və nəqliyyat sahələrini təmsil edən qurumlar arasında memorandum imzalanmışdır ki, bu da gələcəkdə hər iki ölkə arasında inkişafına daha da diqqət ayrılmasını özündə əks etdirən sahələrdir. Bundan əlavə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar ki, bu da regionda baş verən hadisələrə münasibətin birlikdə işlənilib hazırlanaraq razılaşdırılmasıdır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Tarixi həqiqətlər

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizini işğal etdi, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirdi.1993-cü ildə Ermənistanın şiddətlənən hərbi təcavüzü, eyni zamanda, Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni məhv olmaq təhlükəsi ilə üzbəüz qoymuşdu. Lakin Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyəti gəlməsi və onun davamçısı prezident cənab İlham Əliyevin səyləri nəticəsində ölkəmiz indi əmin amanlıq içində yaşayır.

Nəhayət 2020 ci il sentyabr ayının 27-də Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. Bununla təxminən 30 illik Qarabağ həsrəti sona çatdı.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi

Tarixin müxtəlif dövrlərində müharibələrə aparan münaqişələr olub və belə münaqişələr indi də dünyanın bir çox yerlərində mövcuddur. Bu münaqişələr xarakterinə, səbəb və nəticələrinə görə bir-birindən fərqlənirlər. Erməni və ermənipərəst qüvvələrin etnik münaqişələr adı altında dünyaya tanıtmaq və qəbul etdirmək istədikləri Dağlıq Qarabağ münaqişəsi, əslində, Azərbaycanın tarixi ata-baba yurd torpaqlarına tuşlanmış əsassız ərazi iddiasıdan ibarətdir. İki yüz ildən çox bir müddətdə Azərbaycan xal­qı vaxtaşırı erməni şovinist-millətçi ünsürlər tərəfindən yalanlarla dolu ərazi iddia­la­rını təmin etmək üçün həyata keçirdikləri deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti ilə üzləşmişdir. Münaqişənin obyektinə çevrilmiş torpaqların əsl sahibi olan azərbaycanlılar ermənilərin xain hücumları nəticəsində dəfələrlə öz doğma torpaqlarından qovulmuş, qaçqın və köçkünə çevrilmişlər. Azərbaycanlıların doğma torpaqları, ata-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistan) kütləvi şəkildə deportasiyaya məruz qalması ilə onlara qarşı böyük miqyasda ağır cinayətlər törədilmişdir. Azərbaycan-türk əhalisinin torpaqlarına, sakinlərin boşaldılmış mülklərinə müxtəlif ölkələrdən erməni mənşəli əcnəbilər köçürülərək monoetnik dövlət yaradılmışdır. I Qarabağ müharibəsindən əvvəl, 1990-cı illərdə Qarabağda azərbaycanlı əhali ermənilər tərəfindən soyqırıma məruz qalaraq öldürülmüş, sağ qalanlar isə təhdidlərə, təzyiqlərə düçar olub qeyri-insani münasibət nəticəsində ata-baba yurd-yuvalarından qovulmuşlar.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı işğalçı müharibə aparıldığını, ədalətsiz olaraq onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən zəbt olunması səbəbindən vətəndaşlarının yurd-yuvalarından didərgin salınmasını təsdiq edən 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi bu qətnamələr Azərbaycan Respublikasının ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi, münaqişənin sülh yolu ilə həllinə mane olan hər cür hərəkətlərdən əl çəkməsi tələblərini irəli sürsə də, işğalçı ermənilər tərəfindən yerinə yetirilmədi. Onlar 27 illik bir müddət ərzində dünya dövlətlərinə, onların qəbul etdkləri qaydalara meydan oxuyub, hörmətsizlik nümayiş etdirməkdə davam etdilər. Ermənistanın qeyri-konstrukiv mövqe tutması üzündən münaqişə sülh yolu ilə həllini tapmadı, ədalət bərpa edilmədi. Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış Minsk Qrupunun fəaliyyəti bir nəticə vermədi, davam edən erməni təxribatları nəticəsində insanların yaşamaq hüququna qarşı qəsdlər törədilməkdə davam edir, hər gün cəbhə bölgələrində və ona yaxın ərazilərdə azərbaycanlı hərbiçilər, mülki şəxslər arasından qurbanlar verilirdi.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və 27 il kağız üzərində qalan qətnamələrini Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında “güclü yumruq” olub birləşən Azərbaycan xalqı, rəşadətli Azərbaycan əsgəri reallaşdırmalı oldu. 2020-ci ilin 27 sentyabrında Azərbaycanın şəhər və kəndlərinin ağır artilleriyadan bombardmana tutulması Azərbaycan Ordusunun uğurlu “Dəmir Yumruq” əməliyyatına başlamasına səbəb oldu. 44 günlük Vətən müharibəsi erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarının darmadağın eilməsi və 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası arasında üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik

2023-cü ilin sentyabrın 19-da Müzəffər Ali Baş Komandanın yüksək peşəkarlıq və mükəmməl hazırladığı plan əsasında həyata keçirilən cəmi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə ermənilərin 200 illik “böyük Ermənistan” xülyasına birdəfəlik son qoyuldu.  Lokal xarakterli Antiterror tədbirləri uğurla başa çatdı, separatçılar ağ bayraq qaldırdılar və qanunsuz rejim təslim oldu. Xarici mediada Azərbaycan lokal xarakterli antiterror tədbirlərini “ildırımsürətli əməliyyat” da adlandırırlar. Məhz bu antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazilərinə faktiki olaraq Azərbaycan Ordusu nəzarət edir.  Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.

Azərbaycanın bütün addımları legitimdir, hüquqidir, ədalətlidir və Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu gün ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış siyasət kursuda regionda sülhün və təhlükəsizliyin əsas qarantına çevrilmişdir. Artıq dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Qeyd edək ki, prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması qaçılmazdır, çünki başqa yolu yoxdur və xüsusilə vurğulamaq lazımdır ki, Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bunun başqa alternativi yoxdur! Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.
Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi sayəsində qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında söz sahibinə çevrilmişdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Fransanın müstəmləkə siyasəti

Azərbaycanın Ermənistanla sülh prosesi üçün danışıqlar apardığı bir vaxtda Ermənistana ”mənəvi atalıq” edən Fransa yenə də öz destruktiv mövqeyini ortaya qoydu. Beynəlxalq hüququ ayaqlar altına atan Fransa daim Ermənistanın yanında olduğunu bir daha sübut etdi. Bu da boş yerə deyildi. Erməni lobbisinin pulu hesabına hakimiyyətdə qalmaq istəyən makron höküməti, görünür, bölgədə daim münaqişə istəyir. Azərbaycan bölgədə sülh yaratmaq istəyir, ancaq Ermənistanın ”mənəvi atası” hesab olunan Fransa, nədənsə, bu sülhdə maraqlı görünmür. Hətta daha da irəli gedərək, münaqişəni yenidən alovlandırmağa cəhd edir. Vətən müharibəsi dövründə olduğu kimi, sülh danışıqlarının aparıldığı indiki vaxtda da bu ölkə yenə Ermənistanın yanında olmaqla qızışdırıcı mövqe tutur. Ermənistanla münasibətlərinin yaxşı olması üçün xüsusi canfəşanlıq edən Fransa hakimiyyəti, Ermənistanı silahlandırır və əsassız olaraq Azərbaycanı ittiham edir. Əslində, erməni lobbisinin pulları hesabına özlərinə gün-güzəran quran Emmanuel Makron və ətrafı heç bir zaman həqiqətin yanında olmayıblar.

Fransa milli səviyyədə öz ərazisində yaşayan fərqli etnik və dini mənsubiyyətdən olanların hüquqlarına qarşı açıq şəkildə dözümsüz münasibət göstərdiyi halda, Azərbaycanın beynəlxalq tanınmış ərazilərində məskunlaşmış erməni azlığın “hüquq və təhlükəsizliyi” məsələsi ilə bağlı aktivlik göstərir, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində hərəkət və bəyanatlara yol verir. Təsəvvür edin, özünü bütün dünyaya tolerantlığın, söz və vicdan azadlığının simvolu kimi təqdim edən ölkədə sosial şəbəkədə belə vətəndaş öz etirazını bildirərkən həbs edilmək təhlükəsi ilə qarşılaşır. Və bu dövlət başqalarına “vətəndaş cəmiyyətindən”, “demokratik dəyərlərdən” dərs keçməyə çalışır. Fransa parlamentarilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəfə alan addımları ikiüzlülüyün bariz təzahürü kimi ciddi şəkildə qınağa layiqdir. Bütün bu baş verənlər, Fransanın etnik ermənilərin hüquq və təhlükəsizlikləri ilə bağlı atdığı addımların və irəli sürdüyü təşəbbüslərin bu ölkənin məsələ ilə bağlı səmimi narahatlığından irəli gəlmədiyini, Cənubi Qafqaz regionunda geosiyasi maraqlarını təmin etmək məqsədi güddüyünü, bu məqsədlə də Ermənistanı və Qarabağ bölgəmizin sadə erməni sakinlərini bir alət kimi istifadə etdiyini açıq şəkildə göstərir.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki