image-qanunla-reklam
image-1644912241-b4f80db4299c41cf57f8709c8261244e

DİN Ramiz Mehdiyevin köməkçisinin saxlanılması ilə bağlı MƏLUMAT YAYDI

image-lady-day-az

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Qanunla.az”ın sorğusuna cavabında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb:

“Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki