Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda seçicilərlə görüş zamanı şəhid ailəsini qəbul edib, onları narahat edən məsələləri dinləyib.
“Yeni Gündəm” xəbər verir ki, görüşdə şəhid ailəsinin qayğılarını dinləyən Anar Məmmədov Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə diqqət və qayğısından danışıb və onların qayğılarının həll olunması üçün icra edilən və gələcəkdə də davam etdiriləcək tədbirlərdən bəhs edib.
Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsinin və rifahının yaxşılaşdırılmasının ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan millət vəkili Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi tədbirlər və şəhid ailələrinə göstərdiyi həssas münasibətlə mükəmməl örnək olduğunu bildirib.
Görüşün sonunda şəhid Quliyev Zakir İmamverdi oğlunun həyat yoldaşı Quliyeva Mirvari onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığınıifadə edib.





















