image-qanunla-reklam
image-275133043_149689374179233_4299655634727872902_n

Deputat Jalə Əhmədova Vətən müharibəsi qazisi Ramil Şirinovun ailəsi ilə görüşüb-FOTO

image-lady-day-az
Deputat Jalə Əhmədova Vətən müharibəsi qazisi Ramil Şirinovun ailəsi ilə görüşüb.
Qanunla.Az xəbər verir ki,bu barədə Jalə Əhmədova açıqlamasında bildirib:
Bu günlərdə Vətən müharibəsi qazisi Ramil Şirinovun Goranboy rayonunda yaşayan valideynlərinin qonağı oldum. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətlər göstərmiş igidimizin valideynlərini Novruz bayramı münasibəti ilə təbrik edərək onlara xoş arzu və diləklərimi çatdırdım. Ramil kimi vətənpərvər və torpağına bağlı bir övlad yetişdirdiklərinə görə təşəkkürlərimi ifadə etdim.
Gözəl süfrə arxasında, səmimi ab-havada keçən söhbətimiz zamanı, Ramil tank komandiri olaraq Vətən müharibəsində keçdiyi döyüş yolundan danışdı. Müzəffər Ali Baş Komandanın səfərbərliklə bağlı çağırışına səs verərək müharibənin ilk günlərindən döyüşlərə qatıldığını, Qubadlının və Qubadlı kəndlərinin, Daşaltı, Topxana meşəsi, Şuşanın alınmasında iştirak etməsindən, Şanlı Zəfərimizin qazanılmasında onun da payı olmasından qürur duyduğunu bildirdi.
Səmimiyyəti və qonaqpərvərliyi ilə məndə xoş təəssürat yaradan ev sahiblərinə sağollaşarkən bir daha minnətdarlığımı bildirdim, onlara cansağlığı, firavanlıq və bol ruzi-bərəkət arzu etdim.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Şirinov Ramil Şahin oğlu “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə, habelə xidməti dövründə Müdafiə Nazirliyinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
image-276025790_149689297512574_5847922029513643638_nimage-275133043_149689374179233_4299655634727872902_nimage-275872314_149689337512570_7038397506274354268_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki