image-qanunla-reklam
image-275811069_148177797663724_7086364871195638403_n

Deputat Jalə Əhmədova şəhid Rəsul Sadıqovun ailəsini ziyarət edib-FOTO

image-lady-day-az
Deputat Jalə Əhmədova şəhid Rəsul Sadıqovun ailəsini ziyarət edib.
Şəhid analarını ziyarətlərimiz çərçivəsində bu dəfə Abşeron rayonuna yollandıq.
Vətənimizin işğaldan azad edilməsi uğrunda son damla qanına kimi vuruşaraq şəhidlik zirvəsinə ucalmış qəhrəmanımız Sadıqov Rəsul Həşim oğlunun anasını ziyarət etdik. Elnarə ananın qayğıları ilə maraqlandıq və problemlərinin həlli üçün bacardığımız köməkliyi əsirgəməyəcəyimizi bildirdik. Şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr dilədik.
19 yaşlı Rəsul Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə, habelə döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə döş nişanları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
image-275855005_148177737663730_8449424701972108240_nimage-275868499_148177767663727_8952361377200128841_nimage-275811069_148177797663724_7086364871195638403_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki