Deputat Elnur Allahverdiyev açıqlamasında bildirib ki,müxtəlif məzmunlu problemləri müzakirə etdik. Son iki görüşdə məşğulluqla bağlı oxşar müraciətlərlə rastlaşırıq. Misal üçün, 58 yaşlı xanım, tənhadır, həyat yoldaşı dünyasını dəyişib, övladı yoxdur və işsizdir. Pensiya vaxtına var, eyni zamanda, iş tapmaqda çətinlik çəkir. Təbii ki, bu kontingentdən olan sakinlərimizin işlə təminatı çətinliyə səbəb olur.
Dünən qazi atası Çingiz Mirzəyevlə görüşdük. Çingiz müəllim iki qazi oğulun atasıdır. Müharibə başlayanda hər iki oğlu könüllü olaraq döyüşlərə yollanıblar. Ata deyir ki, biri getsə, digəri evdə qalsa, ayrıseçkilik olardı.
Dünən bir qrup qazilərimizlə də görüşümüz oldu. Onlarla həm seçici qəbulunda, həm də rayonumuzda keçirilən bir sıra tədbirlərdə bir araya gəlmişik. Qazilərimizin qayğıları həmişə diqqətimizdədir.
Qəbul ərzində qaldırılan bütün problemlərlə məşğul olub, qanunun imkan verdiyi çərçivələrdə icra orqanlarının köməyi ilə həllinə nail olmağa çalışacağıq.






























