image-qanunla-reklam
image-273234252_1095930427926415_1958228505145373107_n

Deputat Elnur Allahverdiyev ”Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif olundu

image-lady-day-az
Bu il müstəqil dövlətçiliyimizin mühüm göstəricilərindən biri olan Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi qeyd olunur.
Qanunla.Az xəbər verir ki, bu baradə deputat Elnur Allahverdiyev açıqlamasında qeyd edib.
Müasir Azərbaycan dövlətinin tarixində əks olunan bu əlamətdar günlə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif olunmuşam. Medalı bu gün mənə DGK sədrinin birinci müavini İsmayıl Hüseynov təqdim etdi.
Bu əlamətdar tarixlə əlaqədar olaraq DGK-nin başda rəhbərliyi olmaqla bütün kollektivini təbrik edir, dövlətçiliyimiz və iqtisadi tərəqqimiz naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Ayrıca olaraq nümayiş etdirilən diqqətə görə komitənin sədri Səfər Mehdiyevə təşəkkürümü bildirirəm.
image-273644828_421770839747023_5696832187373595885_nimage-273040890_421770889747018_4516182188160906161_nimage-273112838_421770789747028_1685706652829938095_nimage-273622885_421770933080347_7129920039007818970_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki