Kremlin sözçüsü Dmitri Peskov Ukrayna müharibəsi ilə bağlı mövqeyinə görə aktyor Jerar Depardyeni Rusiya vətəndaşlığından məhrum etmək təkliflərini şərh etməyib.
Qanunla.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Peskov bildirib ki, bu barədə heç nə deyə bilməz.
Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev fransız aktyor Jerar Depardyenin Ukraynadakı müharibə ilə bağlı açıqlamasına görə Rusiya vətəndaşlığından çıxarılmasını təklif etmişdi.
Qeyd edək ki, məşhur aktyor Ukraynada müharibənin əleyhinə olduğunu bildirmişdi


























