image-qanunla-reklam
image-1624528230_b581260d-cafa-4bec-8c5e-ad5d1a1ff7e8

“Dəniz Mall”ın qarşısında iki “BakuBus” toqquşdu – Xəsarət alanlar var (YENİLƏNİB)

image-lady-day-az

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Qanunla.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub. Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***

13:49

Bakıda Neftçilər prospektində qəza baş verib.

Qanunla.Az xəbər verir ki, “Dəniz Mall”ın qabağında BNA-nın avtobusu  avtobusu qəzaya uğrayıb.

İlkin məlumata görə ölən yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki