image-qanunla-reklam
image-orig

Dələduzluq və oğurluq əməlindən zərərçəkmişlər Yasamal prokurorluğundan şikayətçidirlər

image-lady-day-az

Redaksiyamıza dələduzluq və oğurluq əməlindən zərərçəkmiş şəxslər – Hacıyev Hüseyn Sərdar oğlu və Qocayev Rəhman Elman oğlu müraciət edərək, Yasamal rayonu Prokurorluğundan şikayətçidirlər.

“Qanunla.az”ın verdiyi məlumata görə, zərərçəkmişlər bildiriblər ki, Xəlilzadə Elçin Xanlar oğlu barəsində cinayət işi ittiham aktı ilə Yasamal rayon prokurorluğuna verilsə də, rayon prokuroru Elman Süleymanov ittiham aktını təsdiq etməyib.

Həmçinin zərər çəkmiş şəxslər bildiriblər ki, Yasamal Polis İdarəsi üzərinə düşəni edib, Elçin Xəlilzadəni cinayət məcəlləsinin 178.3.2-ci və 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilib cinayət işinin məhkəməyə göndərilməsi üçün rayon prokuroruna ittiham aktı ilə göndərib. Lakin, prokuror Elman Süleymanov, cinayət işini istintaqa yenidən geri qaytarıb.

Belə ki, zərər çəkmiş şəxs olan Qocayev Rəhman Elman oğlunun sözlərinə görə, Elçin Xəlilzadə onum etibarından istifadə edərək maşınlarını satıb qazanc əldə etmək adı ilə iki nəqliyyat vasitəni alıb satmış, ona 51.000 manat maddi ziyan vurub:

“Lakin, həmin puldan 12.000 manatını geri qaytarıb. Mən də olan səs yazılarında da Elçin Xəlilzadə törətmiş olduğu əməli səmimi olaraq etiraf edib. Lakin, Yasamal rayon prokuroru nəyə görə ittiham aktını təsdiq etmir bilmirəm. Nəyə görə o, Elçin Xəlilzadənin tərəfini tutur onu da bilmirəm”.

Bundan başqa digər zərər çəkmiş şəxs Hacıyev Hüseyn Sərdar oğlu qeyd edib ki, talasemiya xəstəsi olmaqla 3-cü qrup əlildir və Leyla xanım Əliyevanın yardımı sayəsində müalicə alır:

“Belə ki, Elçin Xəlilzadə mənim yanında işləyib. Daha sonra o, mənim iaəşə obyektimdən 60 dan çox oturacaqları, 4500 manat qiymətində ət çəkən maşını və 10 dan çox masaları oğurlayıb sataraq mənə ümumi olaraq 15.000 manat maddi ziyan vurmuşdur. Mən də olan səs yazısında Elçin Xəlilzadə törətmiş olduğu əməli ağlayaraq etiraf edir və əməlindən peşman olduğunu bildirir. Lakin, Yasamal rayon prokuroru işi məhkəməyə vermir və ittiham aktını təsdiq etmir. Yasamal rayon prokuroru nəyə görə Elçin Xəlilzadəyə havadarlıq edir bilmirəm. Nəyə görə onun tərəfini tutur mənə maraqlıdır”.

Xatırladaq ki, hər iki zərər çəkmiş şəxslər bu məsələ ilə bağlı iki dəfə baş prokuror Kamran Əliyevin qəbuluna yazılsalar da onları qəbul edən olmayıb. Buna baxmayaraq hər iki zərər çəkmiş şəxslər Kamran Əliyevin martın 4-də Kürdəmir şəhərində keçiriləcək vətəndaş qəbulunda iştirak etmək üçün baş prokurora ərizə ilə yenidən müraciət etmişdirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki