image-qanunla-reklam
image-screenshot

Daha bir vəkilin fəaliyyətinə xitam verildi

image-lady-day-az

Bakı şəhəri 5 saylı Vəkil Bürosunun keçmiş vəkili Xasayev Elxan Vüqar oğlu vətəndaşların pulunu mənimsəməkdə ittiham olunur.

Qanunla.az-ın Bakues.az-a istinadən verdiyi məlumata görə, adıçəkilən vəkil bir neçə vətəndaşın pulunu mənimsədikdən sonra qaçıb.

Bilirilib ki, E.Xasayevlə bağlı Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində də şikayətlər var.

Keçmiş vəkilin atası isə oğlunun törətdiyi dələduzluq faktlarını ört-basdır etməklə məşğuldur.

İrəli sürülən iddia ilə bağlı Elxan Xasayevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Məsələyə münasibət bildirən Vəkillər Kollegiyasının (VK) Mətbuat xidmətinin rəhbəri İsmayıl Nəsibli “Qanunla.az”a bildirilib ki, Xasayev Elxan Vüqar oğlu bir müddət əvvəl öz istəyi ilə VK üzvlüyündən xaric edilib, onun vəkillik fəaliyyətinə xitam verilib.

Orxan Rasifoğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki