image-qanunla-reklam
image-mycollages_-_2021-07-16t092817-066

Daha bir restoran sahibi cərimələndi

image-lady-day-az

Zaqatalada rayonunun Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə Qanunla.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 200 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki