image-qanunla-reklam
image-7a518080-38d3-481a-8642-8dc063ad08b7

Daha bir qalmaqallı tiktoker həbs edilib

image-lady-day-az

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, TikTokda “Şəkili Pərviz” ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1. maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Xətai Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 sutkalıq inzibati həbs qərarı elan edilib.

Orxan Rasifoğlu

.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki