image-qanunla-reklam
image-1598020106-modern-az_toy-sadliq-sarayi_575

Daha 2 şadlıq sarayında karantin qaydaları pozuldu

image-lady-day-az

Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında və fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunla.Aza verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Şah” şadlıq sarayı və fərdi yaşayış evində keçirilən toy mərasimlərində isə qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki