image-qanunla-reklam
image-332075465_1508598796299052_746031668544001566_n

Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb

image-lady-day-az

Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb.

Tarixin heç bir dönəmində “Dağlıq Qarabağ” deyə bir siyasi termin mövcud olmayıb. Qarabağın adı qədim türk sözləri olan “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Bu ada artıq IV-V əsr mənbələrində rast gəlinir. Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. 1920-ci il 28 aprel işğalından sonra Azərbaycanın tarixi torpaqlarına qəsdlər başlanıldı. Həmin dövrdə Azərbaycan rəhbərliyi SSRİ rəhbərliyinin göstərişlərinə heç bir etiraz edə bilməməsi nəhayətdə ərazi itkilərinə səbəb olmuşdur. 1923-cü il “Dağlıq Qarabağ Muxtar vilayəti“ yaradılmışdır. İki ay sonra Xankəndi şəhərinin adı dəyişdirilərək “Stepanakert” qoyulmuşdur. Bu qanunsuz və heç bir əsası olmayan addımdan sonra “Dağlıq Qarabağ” adlı bir termin yaranmışdır. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. SSRİ dövründə buranın ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıya almaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə, Xocavənd, Şuşa və vilayətə tabeli Xankəndi şəhəri daxil idi.

1991-ci il avqustun 30-da Azərbaycan SSRİ Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina etdi, noyabr ayının 26-da isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu ləğv olundu.

27 sentyabr 2020-ci ildə başlayan 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın ətrafındakı 4 rayonu və Dağlıq Qarabağın bir hissəsini işğaldan azad etmişdir. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası prezidenti İlham Əliyev, Rusiya Federasiyası prezidenti Vladimir Putin və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında imzalanan bəyanata əsasən Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycana qaytarıldı. Azərbaycan respublikasının prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağ haqqında danışarkən bu terminin tarixə qovuşduğunu vurğulayıb.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki