Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı hərbi təcavüz 16-cı günündə də davam edir.

Qanunla.Az  xəbər verir ki, Rusiya ordusu Ukraynanın Xerson, Xarkov, Çernikov, Mariupol, Dnepr və paytaxt Kiyev kimi böyük şəhərlərini bombalayır.

Artıq Ukraynanın 2 900-dən çox hərbi obyektinin vurulduğunu deyən Rusiya tərəfi həm ağır artilleriya, həm aviasiya, həm də istifadəsi qadağan olunmuş raketlərdən istifadə edərək mülki obyektləri, vətəndaşları, xəstəxana və universitet kimi dövlət binalarını da hədəf alır.

Birləşmiş Millətlər Təşkilatının iki gün öncə verdiyi hesabata görə,müharibə başlayandan Ukraynada 1424 mülki şəxs həlak olub və yaralanıb.

Sözügedən müharibənin qurbanı olan sivil əhalinin bir hissəsini təqdim edirik: