image-qanunla-reklam
image-1687844534_1474aaf9-1a85-3892-bcfe-6f91ffcb254c_850

Çində torpaq sürüşməsi: 7 nəfər itkin düşdü

image-lady-day-az

Çinin Sıçuan vilayətində baş verən torpaq sürüşməsi və palçıq axını nəticəsində azı 7 nəfər itkin düşüb.

“Qanunla.az” xarici mətbuata istinadən xəbər verir ki, hadisə şiddətli yağışların müşahidə olunduğu Vençuan rayonunda baş verib. Təbii fəlakətlə əlaqədar 900 nəfər təxliyə edilib.

Hazırda itkin düşənlərin axtarışları davam edir. Əraziyə xeyli sayda texnika, mülki müdafiə qüvvələri və polislər cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki